Son 10 il ərzində 2900-ə yaxın məktəb inşa edilib
Tarix: 16.09.2014 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Son 10 il ərzində prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən bir sıra dövlət proqramlarının, Heydər Əliyev Fondunun “Yeni Azərbaycana yeni məktəb” layihəsinin icrası çərçivəsində Azərbaycanda 2900-ə yaxın məktəb inşa edilib, bərpa olunub, əlavə korpusların tikintisi həyata keçirilib. Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, yalnız 2013/2014-cü tədris ili üzrə yeni inşa olunan, bərpa edilən, əsaslı təmir-bərpa olunan məktəblərin sayı 200-dən artıqdır. Nazir müavini qeyd edib ki, məktəb tikintisi, quruculuğu sahəsində geniş miqyaslı işlər görülüb və bu işlər növbəti ildə də davam etdiriləcək: “Düşünürük ki, qısa müddət ərzində təmirə ehtiyacı olan məktəblər tam təmir olunaraq şagird və müəllimlərin istifadəsinə veriləcək. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bəzi məktəblərin əsaslı təmirinə, bəziləri üçün yeni məktəb binalarının tikintisinə ehtiyac var. Bundan əlavə, Azərbaycan dinamik inkişaf edir, yeni qəsəbələr salınır. Təbii ki, həmin qəsəbələrdə yeni məktəb binalarının tikintisinə ehtiyac var və həyata keçiriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info