ƏƏSMN nümayəndə heyəti BMT-nin 29-cu sessiyasında iştirak edəcək
Tarix: 16.09.2014 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası keçiriləcək. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
1994-cü ildə Misirin Qahirə şəhərində keçirilmiş “Əhali və inkişaf üzrə konfrans”da əhali sakinliyi sahəsində aktual problemlərin həlli ilə bağlı dünya ictimaiyyətinin vahid mövqeyi formalaşıb və tədbirin yekunu olaraq “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı” qəbul edilib. Proqram əhali və davamlı inkişaf, daxili və beynəlxalq miqrasiya, demoqrafik problemlər, gender bərabərliyi, reproduktiv sağlamlıq, təhsil və s. kimi sosial yönümlü problemlərin həllinə yönəlib. Sənəddə dünya ölkələrində müxtəlif əhali qruplarının (gənclər, ahıllar, əlilliyi olan şəxslər və s.) ehtiyaclarının ödənilməsi məsələsi də əksini tapıb.
Tədbirdə ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf prosesləri şəraitində əhali sakinliyi və demoqrafik sabitliyə nail olunması, əhalinin sosial müdafiəsi, əmək miqrasiyası proseslərinin tənzimlənməsi və digər sahələrdə aparılan islahatlar və əldə edilən uğurlar barədə Azərbaycan nümayəndə heyəti tərəfindən ətraflı məlumatlar verilməsi nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib
17.12.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info