Elektron dərsliklərin hazırlanması istiqamətində yeniliklər həyata keçiriləcək
Tarix: 16.09.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Bu il Azərbaycanda elektron dərsliklərin hazırlanması istiqamətində yeniliklər həyata keçiriləcək. Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, artıq ölkədə VI siniflər üçün bütün əsas dərsliklərin elektron versiyaları hazırlanıb və şagirdlərin, müəllimlərin istifadəsinə veriləcək. Onun sözlərinə görə, hər bir kəs istənilən yerdə-həm məktəbdə, həm evdə, həm məktəb kitabxanasında internet qoşulması ilə elektron dərsliyi yükləyə və oxuya bilər. Bundan əlavə, dayanıqlı internet bağlantısı olanların dərsliklərdən onlayn vasitəsilə istifadə edə biləcəyini deyən nazir müavini qeyd edib ki, bu ilin dekabr ayına kimi VII siniflər üçün əsas dərsliklərin hamısının elektron versiyaları, II və III siniflərin hər biri üzrə isə 5 dərsliyin elektron versiyası hazırlanacaq: “Əlavə olaraq şagirdlərin özlərini qiymətləndirmə üsullarının elektron versiyaları, “Coğrafiya” və “Tarix” fənləri üzrə əlavə tədris resursları hazırlanır. Bunların hazırı dekabr ayına kimi istifadə olunacaq. Beynəlxalq və respublika fənn olimpiadalarına hazırlıq üçün xüsusi elektron platforma, müəllimlər üçün şagirdlərin qiymətləndirməsi platforması yaradılır. Bütün bu və digər resurslar ölkədə bütün məktəblilərin planşetlə təmin olunması planının tərkib hissəsidir”.
C.Bayramov əlavə edib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında strateji xətt olaraq şagirdlərin planşetlərlə informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadəsi ilə bağlı hədəf var. Onun sözlərinə görə, hazırda strategiyanın tətbiq olunması ilə bağlı Fəaliyyət Planı hazırlanıb və hökumətə təqdim edilib: “Həmin Fəaliyyət Planı təsdiq olunduqdan sonra artıq müxtəlif dövlət proqramları ilə strategiyanın icrasına başlanılacaq. Əvvəlki illər ərzində də bu sahədə müxtəlif dövlət proqramları həyata keçirilib, icra olunub. Əgər 10 il bundan öncə Azərbaycanda şagird-kompüter nisbəti 1/1000 idisə, bu gün 1/18 nisbətindən danışırıq. Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi çox vacib və önəmli məqamdır. Amma burada digər məqam da var ki, bu da məzmunun yaradılmasıdır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Daha 304 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info