Azərbaycan alimləri Şoloxovşünasların beynəlxalq elmi konfransında
Tarix: 16.09.2014 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətənində - Rusiyanın Rostov vilayətinin Vyoşenskaya qəsəbəsində keçirilmiş beynəlxalq konfransda Azərbaycan elmi ictimaiyyətini Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli təmsil edib. İnstitutun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun verdiyi məlumata görə, “Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar və yanaşmalar” mövzusuna həsr edilmiş beynəlxalq eimi-praktik konfransda Rusiya, Azərbaycan, Polşa, Belarus, İndoneziya, İran alimləri elmi məruzələrlə çıxış ediblər. Dünya şöhrətli yazıçı Mixail Aleksandroviç Şoloxovun həyatı və yaradıcılığını əks etdirən beynəlxalq konfransın böyük ədibin nəvəsi, Şoloxov muzey kompleksinin direktoru Aleksandr Mixayloviç Şoloxovun sədrliyi ilə keçən iclasında Rusiya Elmlər Akademiyasının müxbir üzvü Natalya Korniyenkonun “Mixail Şoloxov və müasirləri: metodologiya və mənbəşünaslıq məsələləri”, Cənubi Rusiya Federal Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru Nikolay Stopçenkonun “Mixail Şoloxovun bədii irsində Almaniya mövzusu”, tanınmış şoloxovşünas, Rusiya Elmlər Akademiyasının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun professoru Yuri Dvoryaşinin “Mixail Şoloxovun yaradıcılığında “Sakit Don”un yaranmasına qədər “Donçuluq” olmuşdumu”, filologiya elmləri doktoru, professor Viktor Petelinin “Şoloxov və XX əsr rus ədəbiyyatı” mövzularındakı elmi məruzələri dinlənilib müzakirə edilib.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli beynəlxalq konfransın plenar iclasında “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ilk növbədə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rus yazıçısı Mixail Şoloxovun zəngin irsinə verdiyi yüksək qiymət gerçək ədəbiyyat siyasəti nümunəsi kimi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Məruzədə böyük rus yazıçısı Mixail Şoloxovun yaradıcılığındakı epoxanı bədii cəhətdən ümumiləşdirmək istedadı, “kiçik adamı” epopeya səviyyəsində təqdim edə bilmək qabiliyyəti elmi əsaslarla izah olunub. Bu baxımdan “kiçik adama” münasibətdə böyük rus yazıçısı Mixail Şoloxovun əsərləri ilə görkəmli Azərbaycan ədibi Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığı əsasında aparılmış təhlillər və müqayisələr xalqların və ədəbiyyatların tipoloji ortaq baxışlarının təqdim edilməsi mənasında ciddi maraq doğurub. Bundan başqa, akademik İsa Həbibbəylinin “Mixail Şoloxov və Azərbaycan” mövzusunda etdiyi məruzədə xalq şairi Səməd Vurğunla “Sakit Don” epopeyasının, “Oyanmış torpaq” romanının, “İnsanın taleyi” povestinin müəllifi olan qüdrətli sənətkarla sovet yazıçılarının ikinci qurultayında ümumittifaq poeziyası haqqında məruzə ilə çıxış etmiş xalq şairi Səməd Vurğunun şəxsi dostluğunun və yaradıcılıq əlaqələrinin mahiyyəti və əhəmiyyəti sənətkar və zaman münasibətləri müstəvisində elmi şəkildə şərh olunub.
Eyni zamanda, məruzədə Mixail Şoloxovun əsərlərinin Azərbaycan dilinə tətcümə edilməsi sahəsində sadə Azərbaycan ziyalısı Cahanbaxış Cavadzadənin çoxillik xidmətləri müqayisəli ədəbiyyatşünaslıq baxımından təqdim edilib. Həmçinin Əyyub Abbasovun, Beydulla Musayevin və Hüseyn Şərifin də böyük rus yazıçısının əsərlərinin tərcümə edilməsi sahəsindəki fəaliyyəti nəzərə çarpdırılıb.
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələri Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Süleyman Rəhimov və başqalarının Mixail Şoloxovun yaradıcılığı haqqındakı dəyərli fikir və mülahizələrini, tədqiqatlarını Azərbaycan elmi-ədəbi ziyalılığının Mixail Şoloxovun zəngin irsinə münasibətinin ümumiləşdirilmiş ifadəsi kimi nəzərə çarpdırıb.
Səfər zamanı böyük rus yazıçısı Mixail Şoloxovun ev muzeyi, Don çayı sahilindəki xatirə kompleksi ziyarət olunub. XX əsr ərzində “Sakit Don” eporeyası əsasında çəkilməkdə olan üçüncü bədii filmin yaradıcı heyəti ilə dialoq və çəkiliş üçün salınmış xutorla tanışlıq da əhəmiyyətli olub.
“Mixail Şoloxov yaradıcılığının öyrənilməsi müasir mərhələdə: problemlər, konsepsiyalar və yanaşmalar” mövzusunda keçirilmiş beynəlxalq eimi-praktik konfransda 3 gün ərzində müxtəlif ölkələrin nümayəndəsi olan alimlərin 28 məruzəsi dinlənilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Samir Səttarovun “Azərbaycanın ali və orta məktəblərində Mixail Şoloxovun öyrənilməsi məsələləri” mövzusundakı məruzəsi də maraqla qarşılanıb. Azərbaycan nümayəndə heyəti adından Mixail Şoloxovun ev muzeyinə xatirə hədiyyələri təqdim olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info