4 ölkənin ortaq turizm məhsulu yaradılacaq
Tarix: 17.09.2014 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji-turizm layihəsi üzrə beynəlxalq seminar öz işinə başladı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi istər mədəniyyət, istərsə də turizm sahəsində çoxşaxəli fəaliyyət göstərir. Xüsusilə ölkəmizin mədəni potensialından istifadə etməklə turizmin inkişafına, eyni zamanda da turizm vasitəsilə mədəni irsimizin təbliğinə xüsusi diqqət yetirilir.
Nazir müavini qeyd etdi ki, turizm sahəsinin inkişaf etdirilməsində ölkənin mədəni irsi əsas faktorlardan biridir. Belə ki, hər hansı bir ölkəyə turistlərin diqqətini cəlb etmək üçün onun tarixi, mədəni irsi, maddi və qeyri-maddi abidələri, mətbəxi əsas vasitə hesab edilir. Məhz bunlar ölkənin beynəlxalq aləmdə tanınması, fərqlənməsi və özünəməxsus mövqe tutması üçün xüsusi əhəmiyyət kəsb edir. N.Səmədovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır: “Son 2 ildə Təşkilatın İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Komitəsinin iqtisadiyyatın digər sahələri ilə yanaşı, turizm sahəsinə də xüsusi diqqət yetirməsi bir sıra səmərəli nəticələrin əldə olunmasına şərait yaradıb”. Nazirlik rəsmisi onu da bildirdi ki, layihənin uğurlu nəticələr verməsində və ölkədə turizm sahəsinin geniş miqyasda inkişafında turizm sənayesinin və digər aidiyyəti qurumların aktiv fəaliyyətinə böyük ehtiyac var. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirdi və sözügedən layihənin akademiya üçün də faydalı olacağını vurğuladı. Sonra COMCEC-in Turizm üzrə işçi qrupunun əlaqələndiricisi Məleykə Hüseynova “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsini təqdim etdi. Məleykə Hüseynova qeyd etdi ki, layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir. Oktyabr ayında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdir. Qeyd edək ki, beynəlxalq seminar sentyabrın 18-dək davam edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info