AFFA 4 klubu cəzalandırdı
Tarix: 17.09.2014 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


AFFA İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının V turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub. Müzakirələrdən sonra 4 klub cəzalanıb.
“Neftçi” - “Xəzər-Lənkəran” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bakılılar oyunun 40-cı dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Saşa Stamenkoviçə görə də 200 manat ödəməlidir. Qapıçı isə 1 oyunluq kənarlaşdırılıb. Qarşılaşmanın 93-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Xəzər-Lənkəran”ın futbolçusu Tieqo de Xesusun da cəzası eyni olub. Müdafiəçi 1 matçı buraxmalı olacaq, komandası isə 200 manat xərcə düşəcək. “Simurq” - “Qəbələ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandru Benqa komandasını daha 200 manat ziyana salıb. Legionerin özü isə 1 matçlıq cəza alıb. Oyunun 20-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info