ƏƏSMN və QHT-lərə Dövlət Dəstəyi Şurası memorandum imzaladılar
Tarix: 17.09.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (QHTDDŞ) arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi olub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı prosesində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda, habelə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyətlərinin iştirakı əsas prinsiplərdən biri kimi müəyyən edilir. Nazirliyin fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlığa toxunan S.Müslümov əlilliyi olan şəxslərlə və sosial xidmətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın rolunu qeyd edib. “Həmçinin bu gün ƏƏSMN sosial xidmətlər üzrə 20-dən çox ixtisaslaşmış QHT ilə əməkdaşlıq həyata keçirir və nazirliyin sifarişi əsasında onlar tərəfindən çoxsaylı layihələr icra edilir. Bu layihələr çərçivəsində ölkənin ayrı-ayrı bölgələri üzrə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud uşağa və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxsə müxtəlif növ sosial xidmətlər, həmçinin reabilitasiya dəstəyi göstərilir”. Nazir bildirib ki, üç illik müddət üçün imzalanan memorandum ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əhalinin, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi ilə bağlı proqram və layihələrin hazırlanması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması sahələrində gələcək əməkdaşlıq niyyətlərini ifadə edir. “Digər tərəfdən, biz həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi, sosial sahədə fəaliyyət göstərən QHT-lərin potensialının gücləndirilməsi üçün birgə tədbir, təlim, seminarların təşkilində əməkdaşlıq etmək niyyətindəyik. Yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlərin, əməyin ödənilməsi və mühafizəsi istiqamətində proqram və layihələrin hazırlanması, “Sosial xidmət haqqında” Qanunun müddəalarının tətbiqi, QHT-lər arasında müsabiqələrin təşkili işlərində də Şura ilə əməkdaşlıq nəzərdə tutulur”. S.Müslümov memoranduma əsasən, nazirlikdə yaradılacaq İctimai Şuranın formalaşmasına və fəaliyyətinə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək veriləcəyini də qeyd edib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ƏƏSMN-ndə şəffaflıq əmsalının son vaxtlarda xeyli yüksəlməsindən, həmçinin nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda fəal mövqe nümayiş etdirməsindən söz açıb. O, bu memorandumun dövlət qurumları ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlığa dair imzalanan ilk sənəd olduğunu və bunun qeyd olunan sahədə işlərin daha geniş müstəvidə davam etməsinə imkan yaradacağını diqqətə çatdırıb. A.Quliyev bildirib ki, hər iki qurum birgə əməkdaşlıq planının işlənib hazırlanması yolu ilə vətəndaş cəmiyyəti institutlarının davamlı inkişaf və tamlığına yardım göstərəcək. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsində belə səmərəli əməkdaşlıq əlaqələri mühüm rol oynayır.
Sonra S.Müslümov və A.Quliyev iki qurum arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

İlkin AĞAYEV









 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info