Azərbaycan İranda bərpa olunan enerji sahəsinə investisiya yatırtmaq istəyir
Tarix: 17.09.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov İran İslam Respublikasının energetika nazirinin müavini Huşəng Fəlahətiyanla görüşdə Azərbaycanın İranda bərpa olunan enerji sahəsinə investisiya yatırtmaq niyyətində olduğunu bildirib. O, həmçinin əlavə edib ki, Azərbaycan İranın geotermal enerji stansiyası haqqında informasiya almağa və bu sahədə də İslam Respublikası ilə əməkdaşlıq etməyə hazırdır. A.Bədəlov Azərbaycanın İranda alternativ və bərpa olunan enerji layihələrində iştiraka çox ciddi yanaşdığını vurğulayıb. H.Fəlahətiyan isə görüşdə İranın illik 1000 meqavat külək və günəş enerjisi istehsalı planı olduğunu deyərək, bu hədəfə çatmaq üçün Azərbaycan tərəfinin iştirakı və investisiyasını müsbət qarşıladığını vurğulayıb.
O, əlavə edib ki, bu sahədə fəaliyyət göstərmək istəyən azərbaycanlı nümayəndələr İranın geotermal və külək enerjisi stansiyalarına baş çəkərək informasiya əldə edə bilərlər. İranlı nazir müavini, həmçinin ölkənin şimal-qərbində yerləşən Urmiya gölünün bərpası haqqında Azərbaycanın təkliflərini gözlədiklərini xatırladıb. Onun sözlərinə görə, Xəzər dənizi və Urmiya gölünün vəziyyəti hər iki ölkə üçün önəmlidir və İran Azərbaycanın Urmiya gölünün bərpası haqqında hər hansı təklifini müsbət dəyərləndirir.
Qeyd edək ki, hazırda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranda rəsmi səfərdədir.
Ş.Mustafayevi səfərdə yüksək vəzifəli nümayəndələrdən ibarət iqtisadi heyət müşayiət edir. Məlumata görə, SOCAR və "Azərenerji" ASC-nin rəhbər vəzifəliləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, həmçinin Xarici İşlər, Nəqliyyat və Fövqəladə Hallar nazirliklərinin rəsmiləri də bu səfərdə iştirak edirlər. Səfərdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı, həmçinin Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında əldə edilən razılaşmalar barədə və iki tərəfli əməkdaşlıqlar haqqında müzakirələr aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info