BTQ dəmir yolu 2015-ci ildə istismara veriləcək
Tarix: 17.09.2014 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində bu il sentyabrın sonuna kimi Gürcüstan-Türkiyə sərhədinədək dəmir yolunun yaradılması üzrə bütün texniki işlər başa çatacaq. Bu barədə jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, yaxın aylarda Türkiyə ilə sərhədə qədər texniki qatar buraxılacaq ki, bu da həmin hissədə müəyyən texniki işlərin aparılmasını asanlaşdıracaq. M.Pənahov deyib ki, eləcə də gələn ilin ortalarınadək Gürcüstan-Türkiyə sərhədində 4 kilometrlik tunelin tikintisi başa çatacaq. Tunelin tikintisi çərçivəsində işlərin 80 faizi artıq yerinə yetirilib: "Həmçinin Türkiyə ərazisində işlər davam etdiriləcək və bu işlərin gələn il başa çatdırılması nəzərdə tutulur". Onun sözlərinə görə, layihə çərçivəsində işlər qrafikə uyğun aparılır. Nazir müavini yeni dəmir yolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu ifadə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info