Sığorta edənlərin DSMF-yə təqdim etdiyi hesabat formalarının sayı azaldılır
Tarix: 17.09.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilir.Bu barədə KİV nümayəndələrinə açıqlamasında məlumat verən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi nəzərdə tutulur. DSMF sədri diqqətə çatdırıb ki, Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilikbir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcəkdir. E.Mehdiyev əhaliyə və sığortaedənlərə göstərilən xidmətlərin keyfiyyətinin daim yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək, növbəti inkişaf mərhələsində fərdi uçot sisteminin daha da təkmilləşdirilməsi istiqamətində islahatların davam etdiriləcəyini vurğulayıb. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı il tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
18.02.2019
“İri topdan satış müəssisələrində 930 milyonluq dövriyyənin gizlədildiyi aşkarlanıb”
18.02.2019
Fitch: “2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək”
18.02.2019
Şahin Mustafayev: 22 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur
18.02.2019
Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info