“Asahi Shimbun”: “Hindistan və Pakistan ŞƏT-ə üzv ola bilər”
Tarix: 17.09.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


“Rusiyanın məqsədi nüfuzunu artırmaqdır”

Yaponiyanın “Asahi Shimbun” media qurumu Hindistan və Pakistanın Şanxay Əməkdaşlıq Təşkilatına(ŞƏT) üzv ola biləcəyi ilə bağlı maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Düşənbədə sentyabrın 11-12-də ŞƏT-in sammiti keçirildi. Burada Rusiya, Çin və Orta Asiya tərəfdaşları iştirak edirdi. Ukraynadakı olaylara görə Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya, ABŞ-dan uzaq duran ölkələr, o cümlədən Çinlə ittifaq sayəsində nüfuzunu artırmağa çalışır. 12 sentyabrda prezident Putin bəyanat verdi ki, ŞƏT-ə yeni ölkələrin üzv olmasına şərait yaradılması ilə bağlı razılıq əldə olunub. O deyib ki, “genişlənmə təşkilatı gücləndirəcək və onun beynəlxalq arenada nüfuzunu artıracaq”. Sammiti gələn il qəbul edcək Rusiya təşkilata Hindistan və Pakistanın da üzv olmasına çalışır. Əgər bu alınsa, ŞƏT 2001-ci ildən sonra, ilk dəfə genişlənəcək (Həmin il ona Özbəkistan üzv olmuşdu- İ.A.). Bununla da təşkilat dünya əhalisinin 40 faizini özündə birləşdirən ölkələri bir araya gətirmiş olacaq.
Rusiya ŞƏT-in genişləndirilməsi planını dəstəkləyir. Daha öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə bir bəyanatla çıxış etmişdi ki, “sammitdə Hindistan və Pakistanın təşkilata üzvlüyü üçün açıq yol olacaq”.
Yaxın Şərq-Asiya regionunda qeyri-sabitliyin əsas səbəbi 2016-cı ildə ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxışının planlaşdırılmasıdır. Hesab edilir ki, ŞƏT ABŞ-ın nüfuz sferasının yerini orada dolduracaq, yeni tərəfdaşlar isə terrorizmə qarşı mübarizədə və narkotiklərin qarşısının alınmasında uyğun ölkələr sayılırlar. Gələn il Rusiya ŞƏT sammitini BRİKS sammiti ilə birlikdə keçirmək istəyir. Belə bir halda, “Böyük səkkizlik”dən istisna olunan Rusiya Federasiyası dünya ictimaiyyətinə öz gücünü göstərmək imkanı əldə edəcək. O, bunun üçün qeyri-Qərb ölkələri ilə birləşdiyini göstərəcək”.
Yazıda o da qeyd edilir ki, yeni dünya nizamına çalışan Çin üçün də ŞƏT vacib meydandır. Çin Xalq Respublikasının sədri Si Çzinpin bəyan etmişdi ki, “vacib tələblərə cavab verən ölkələrin təşkilata üzv olmasını alqışlayır”.
O da əlavə edilir ki, təşkilatın bu cür genişlənmə cəhdlərinə baxmayaraq, ora üzv olan və olacaq ölkələrin monolitlik problemi də yox deyil.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
İzmir sahillərində 72 miqrant xilas edildi
26.05.2020
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt
26.05.2020
Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlandı
26.05.2020
“SunExpress” 4 iyundan uçuşlarına başlayır
25.05.2020
ABŞ Braziliyada olan əcnəbilərə girişi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info