Rusiya Ukraynadan vaz keçməyəcək
Tarix: 17.09.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Ukrayna və Avropa parlamentləri eyni vaxtda Assosiativ Razılaşmanın siyasi və iqtisadi hissələrini imzaladılar. Sinxron şəkildə keçirilən imzalanma sessiyasında Avropa parlamenti 535 səslə, Ukrayna parlamenti isə 355 səslə razılaşmanın qeyd edilən hissələrini təsdiqlədilər. Prezident P. Poroşenko bildirib ki, «razılaşma Ukraynaya iqtisadi islahatlar aparmağa və korrupsiyaya qarşı mübarizəyə kömək edəcək. Bir gün biz Avropa Birliyinə də üzvlük ilə bağlı müraciət edəcəyik».
Ancaq sentyabrın 12-də Brüsseldə Rusiya, Ukrayna və AB rəsmiləri arasında keçirilən üç günlük danışıqlardan sonra Assosiativ Razılaşmanın icrasının ən azı 2016-cı ilin yanvarına qədər təxirə salınmasına qərar verildi. Yəni, dünən Razılaşmanın siyasi və iqtisadi tərəfləri imzalansa da , o qeyd edilən tarixə qədər qüvvədə olmayacaq. Danışıqlardan sonra AB-nin Ticarət məsələləri üzrə Komissarı Karl de Quxt bildirib ki, “biz Razılaşmanın icrasını 2016-cı ilin yanvarına qədər təxirə salmağa qərar verdik. Ümid edirəm ki, bu müddət ərzində tərəflər arasındakı bütün mövcud problemlər öz həllini tapacaq”. Bunun əvəzində Rusiya tərəfli bildirib ki, 2016-cı ilin yanvarına qədər rəsmi Kreml ölkəyə daxil olan Ukrayna mallarına gömrük tariffləri tətbiq etməyəcək. Brüsseldə Rusiyanı təmisl edən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə “Rusiyanın keşçmiş Sovet respublikaları ilə öz azad ticarət zonasını yaratmaq prosesində olduğunu və hələ ki, Ukraynanı öz ticarət sferasına cəlb etmək ümidindən vaz keçmədiyini” açıqca bəyan edib: “Qarşımızda on beş aylıq vaxt var. Biz bu zaman çərçivəsində Ukrayna dövlətinin öz tərəfimizdə yer alması üçün bütün arqumentlərimizdən istifadə edəcəyik”.
Bir sözlə, Ukrayna dövləti 2015-ci ilin dekabrına qədər Rusiya və digər MDB ölkələri ilə gömrüksüz ticarətini davam etdirəcək. AB ilə Assosiativ Razılaşmanın qüvvəyə minməsinin təxirə salınması Ukrayna iqtisadiyyatının ölkəyə sürətlə axacaq Avropa malları üçün çox kövrək olmasından qaynaqlanır. Bundan əlavə Ukrayna Mərkəz Bankının sədri Vaıleriya Qontareva bildirib ki, “devalvasiya və qiymətlərdəki artış 19 faizlik inflyasiyaya yol açdı. Keçən il ilə müqayisə etsək milli valyutamız-qrivna 60 faiz dəyər itirib”. Mərkəz Bankının keçmış sədri Sergey Arbuzov isə, ölkədə maliyyə sisteminin tam çökdüyünü, dövlətin bu vəziyyətlə mübarizə aparacaq gücdə olmadığını və qrivnanın avqust ayında rekord səviyyəsində tarixi düşüş yaşadığını bildirib. “Dollar ilin əvvələrindən qrivna qarşısında 70 faiz yüksəliş göstərib. Devalvasiyanı yaradan səbəblər aradan qaldırılmadan, Valyuta Fondunun verəcəyi heç bir yardım ölkə iqtisadiyyatını xilas etməyəcək”- deyə Arbuzov qeyd edib.
Rusiya ilə Ukrayna arasında siyasi gərginliyin başlanmasından bəri, 2014-cü ilin ilk 7 ayı ərzində Ukrayna Rusiyadan idxal etdiyi malların həcmini 20.7 faiz azaldıb və 9 milyard dollar həcminə salıb. Rusiya Statistika Bürosuna görə isə Rusiya, Ukraynadan idxal etdiyi malları 23.7 faiz azaldaraq, 6.7 milyard dollar həcminə salıb. V. Putin bildirib ki, Rusiya ilə gömrüksüz ticarəti rədd edib, Avropa sisteminə yönəlmək Ukrayna dövlətinə 10 ildə 165 milyard dollar ziyan vuracaq.
Beləliklə, Ukraynanın 13 trilyon dollarlıq Avropa iqtisadiyyatı ilə azad ticarəti 2016-cı ilin yanvarına qədər təxirə salındı. Bir sıra siyasi analitiklər bunu Rusiyanın çox böyük diplomatik qələbəsi kimi qiymətləndirirlər. Üstəlik, Minsk danışıqlarından sonra əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq, Ukrayna parlamenti həm də 277 səslə Donetsk və Luqansk regionlarına xüsusi status verməyə razı oldu və 287 səslə ölkənin cənub – şərqində Kiev rejiminə qarşı vuruşan federalistlərə ümumi əfv çıxarılmasına qərar verdi. Bütün bunlar Rusiyanın strateji uğurlarının və Ukrayna məsələsində artıq hegemon mövqeyinin əyani göstəriciləridir.
Avropanın praqmatik mövqe sərgiləməsi ilə Assosiativ Razılaşmanın icrasının təxirə salınması 2013-cü il noyabr və 2014 fevral ayları ərzində baş verən Maydan nümayişlərini və prezident Yanukoviçin devrilməsini mənasızlaşdırdı. Çünki faktiki olaraq Ukrayna yenə də Rusiyanın iqtisadi təsir dairəsində qalmalı olacaq. AB –nin bu addımı atmasının da səbəbi odur ki, bu Assosiativ Razılaşma Rusiya və Ukrayna üçün risklər ilə doludur . Rusiya ilə toqquşma AB-nin planlarına daxil deyil. AB-nin Genişlənmə və Qonşuluq Məsələləri üzrə Komissarı Stefan Füle bildirib ki, AB azad ticarət zonasını genişləndirmək üçün öncə Avrasiya Birliyi ilə razılığa gəlməlidir. Füleni bu vəzifədə əvəz edəcək avstriyalı komissar Yohan Hann isə açıqca “antirusiya sanksiyalarına qarşı olduqlarını və Ukraynanın AB-yə üzvülüyü məsələsində çox şübhəli və narahat olduqlarını” bəyan edib. AB-nin Xarici Siyasət Komissarı Federiko Mogerini də qeyd edib ki “bizim sədrliyimiz dövründə yeni Birliyin yeni xarici siyasət konsepti olacaq və Ukrayna məsələsi gündəliyimizdə uzun müddət yer almayacaq. Öncəliyimiz Əfqanıstan problemi, Orta Şərq regionu, ABŞ və Rusiya ilə əməkdaşlıq olacaq”.
İndi AB yaxşı başa düşür ki, Yanukoviç prezidentliyi dövründə Assosiativ Razılaşmanı haqlı olaraq, ölkədəki böyük iqtisadi problemlərə və 45 milyon əhalisi olan dövləti xaosa sürükləyəcəyinə görə imzalamamışdı.

Sübhan Padarsoy




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib
14.03.2019
Tacikistan-Qırğızıstan sərhədində qarşıdurma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info