Masallı gənclərinə maarifləndirici təlim keçirilib
Tarix: 17.09.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi maarifləndirici layihəyə uyğun növbəti seçici maarifçiliyi təlimini Masallı rayonunda təşkil edib.
“Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay Məktəbi” adlanan layihə Şirvan şəhərində, Qax, Ağsu, Salyan və Masallı rayonlarında qarşıdan gələn (2014-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulur) bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, “Yay Məktəbləri” vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, bələdiyyə seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə, “Bələdiyyə Qanunvericiliyi Toplusu”, “İlk dəfə səs verəcək gənclər üçün Yaddaş Kitabçası”nın, təbliğati plakatların yayımına, gənc könüllü ictimai müşahidəcilərin hazırlanmasına, geniş PR fəaliyyətinə və davamlılıq olaraq Əməkdaşlıq Şəbəkəsinin qurulmasına yönəlib.
Masallı Gənclər Mərkəzində ilk dəfə səs verəcək fəal region gənclərinin iştirakı ilə keçirilən Yay Məktəbinin təlim sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, təlimçi-ekspert Dadaş Əhmədov, rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin məsul əməkdaşları və dairə seçki komissiyasının üzvü iştirak ediblər.
Rəsmi plenar hissədən sonra təlimçi-ekspert qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə vətəndaş məsuliyyəti daşıyacaq rayon gənclərinə milli qanunvericiliyə uyğun seçici hüquq və vəzifələri, seçici öhdəlikləri, seçki prosedur və qaydaları, bələdiyyə qanunvericiliyi, bələdiyyələrin cəmiyyətdə və yerli idarəçilikdə rol və səlahiyyətləri haqqında geniş bilgi və informasiyalar çatdırıb.
Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələlər, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparılıb.
2 gün davam edən Masallı “Yay Məktəbi”nin sonunda iştirakçılara təlimin yekunlarına dair sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi qarşıdan gələn bələdiyyə seçkilərində regionların ilk dəfə səs verəcək gənclərinin seçici maarifçiliyi sahəsində informasiya səviyyələrini yüksəltməklə, onların seçkilərdə fəal iştirakına nail olmaq və gənc elektoratın müstəqil, ədalətli və azad qərar qəbul etmək qabiliyyətini artırmaqdır.


Fuad




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib
24.05.2019
Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info