NDU-da Milli Musiqi Günü qeyd olunub
Tarix: 17.09.2014 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının ali məktəblər ailəsinin öndə gedən üzvlərindən olan Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub. Bu qada NDU-nun Mətbuat şöbəsinin əməkdaşı Mina Qasımova qəzetimizə məlumat verib.
Milli Musiqi Günü münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu günün tarixindən danışaraq qeyd edib ki, musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılan Üzeyir Hacıbəyovun doğum günü 1995-ci ildə dahi rəhbər, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi təsis olunub. Ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayan rektor, bundan sonra gələcək nəsillərin də dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və onun əsərlərini yaşadacaqlarına ümid etdiyini bildirib.
Musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov "Üzeyir Hacıbəyov və Azərbaycan musiqi mədəniyyəti" adlı məruzəsində vurğulayıb ki, dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoyub. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Qeyd olunub ki, Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı - bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
Tədbirin bədii hissəsində Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun "Arazbarı" muğamı, universitetin İncəsənət fakültəsinin tələbəsi Bəsti Qasımovanın ifasında "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, "Musiqi təlimi" kafedrasının müəllimi Əli Davudinin ifasında sözün əsil mənasında, şedevr sayılan "Koroğlu" operasından Həsən xanın ariyası və digər əsərlər səslənib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info