Səlim Müslümov: “Ünvanlı sosial yardımla bağlı dəyişiklik olacaq”
Tarix: 17.09.2014 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Ünvanlı sosial yardımın verilməsi müddətini bir ildən iki ilə qaldırmaq lazımdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması və ödənilməsi ilə bağlı araşdırmalarını yekunlaşdırmaq üzrədir. Nazirin fikrincə, Azərbaycanda ünvanlı sosial yardımın verilməsi müddətini 1 ildən 2 ilə qaldırmaq lazımdır: “Çünki təhlillər göstərir ki, hazırda bazadakı informasiyalara görə, ünvanlı sosial yardım alan ailələrin təqribən 90 faizini eyni ailələr təşkil edir. Onların hər il sənədləri yenidən yığıb gətirməsinə elə bir ehtiyac yoxdur. Bunu 2 il müddətinə qaldırmaq lazımdır. Biz artıq bununla bağlı təkliflərimizi vermişik. Yəqin ki, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olacaq".
S.Müslümov həmçinin bildirib ki, ünvanlı sosial yardımın təyin edilməsinin avtomatlaşdırılması istiqamətində də tədbirlər davam etdirilir: "Bununla bağlı nazirliyin böyük nümayəndə heyəti bu yaxınlarda Türkiyə Respublikasında səfərdə olaraq onların təcrübəsini öyrənəcək. Türkiyədə bu proseslər avtomatlaşdırılıb. Yəni ehtiyacı olan ailələrə ünvanlı sosial yardım yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini daxil edib elektron şəkildə ərizə ilə müraciət etməklə həyata keçirilir. Biz də bu istiqamətdə səylərimizi davam etdiririk. Eyni zamanda, müxtəlif ölkələrin təcrübəsini də öyrənirik".

Əmək müfəttişlərinin sayı və səlahiyyətləri artırılacaq

Azərbaycanda əmək müfəttişlərinin sayının artırılması istiqamətində iş gedir. Bu barədə Səlim Müslümov qeyd edib ki, hazırda Azərbaycanda əmək müfəttişlərinin sayı cəmi 370 nəfərdir. Bu isə çox aşağı rəqəmdir və dünya və Avropa standartlarından bir neçə dəfə geri qalır: "Biz hazırda əmək müfəttişlərinin sayının artırılması məsələsi üzərində işləyirik. Yəqin ki, bu məsələ müvafiq strukturlar qarşısında qaldırılacaq. Hazırda nazirliyin nəzdindəki sosial xidmət göstərən işçilərin ixtisar edilməsi hesabına əmək müfəttişlərinin sayının artırılması, əmək bazarına nəzarətin gücləndirilməsi məsələləri, eləcə də əmək müfəttişlərinə əməyin mühafizəsi və əməyin təhlükəsizliyinə nəzarət edilməsi ilə bağlı istənilən obyektə dərhal girib yoxlamaq səlahiyyətlərinin verilməsi istiqamətində müəyyən tədbirlər görülür".
Nazir bildirib ki, Aərbaycanda əhalinin sosial cəhətdən zəif təbəqələri üçün iki yeni sığınacaq tikilir: “Hazırda Qobustan rayonunda penitensiar müəssisələrdən çıxan şəxslərin adaptasiyası üçün sığınacaq tikilir. İkinci sığınacaq Zabrat qəsəbəsində kimsəsiz uşaqlar üçün inşa edilir. Bundan əlavə, burada bu kateqoriyadan olan uşaqlar üçün peşə reabilitasiya mərkəzi də tikilir. Bu sığınacaqların tikintisinin bu ilin sonunda başa çatacağı gözlənilir".
Onun sözlərinə görə, gələn ildən ölkənin müxtəlif regionlarında belə sığınacaqların tikintisinə xərclər dövlət büdcəsində nəzərdə tutulacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info