Həsən Ruhani: “Bakı ilə münasibətlərə üçüncü ölkənin müdaxiləsinə yol verməyəcəyik”
Tarix: 17.09.2014 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Şahin Mustafayevi qəbul edib. Prezident Həsən Ruhani bildirib ki, rəsmi Tehran Bakı ilə münasibətlərinə üçüncü ölkənin müdaxiləsinə yol verməyəcək. İki ölkə arasındakı tarixi dostluq münasibətlərinə toxunan Həsən Ruhani deyib ki, qarşılıqlı əlaqələr iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində davam etdirilə bilər. Terrorçuluğun region ölkələri üçün təhlükəli olduğunu bildirən İran Prezidenti qeyd edib ki, beynəlxalq terrorçuluq yoluxucu xəstəliyə bənzəyir. Əgər region dövlətləri terrorçuluğa qarşı mübarizədə birləşməsələr bu “xəstəlik” hər an ölkələrə yayıla bilər. Şahin Mustafayev son vaxtlar Azərbaycan ilə İran arasında əlaqələrin çox genişləndiyini bildirib. Nazir deyib ki, Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı bir təhlükənin yaranmasına imkan verməyəcək. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılan görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və səfir Cavanşir Axundov da iştirak ediblər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
İzmir sahillərində 72 miqrant xilas edildi
26.05.2020
Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt
26.05.2020
Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlandı
26.05.2020
“SunExpress” 4 iyundan uçuşlarına başlayır
25.05.2020
ABŞ Braziliyada olan əcnəbilərə girişi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info