A.Əlizadə: “ Neft sənayesi ilə bağlı olan elmlər inkişaf edib”
Tarix: 17.09.2014 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


İclasda AMEA prezidenti Akif Əlizadə “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı “Əsrin müqaviləsi” və Azərbaycanda fundamental elmlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, yeni imzalanan müqavilə ilə Azərbaycanın inkişaf proqnozu müəyyən edilib, xarici təşkilatların, şirkətlərin hamısını bir məqsədə gətirib çıxara bilib: “Əsrin müqaviləsi” 20 sentyabr 1994-cü ildə bağlanıb və bu günə kimi 50-dən artıq neft şirkəti Azərbaycan neftinin istehsalında iştirak edir. Azərbaycan neftinin ikinci bumuna 65 milyard dollar vəsait qoyulub. “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycan neft sənayesi yeni bir intibah dövrünü yaşamağa başlayıb. Bundan əlavə, neft sənayesi ilə bağlı olan elmlər inkişaf edib”.
İclasın davamında AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva “Müstəqil Azərbaycanın Şərq siyasətinin formalaşmasının elmi-nəzəri problemləri və onların həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
İclasda həmçinin bəzi elmi-təşkilatı məsələlər müzakirə edilib. Belə ki, akademik Vaqif Fərzəliyev “AMEA-nın 70 illik yubileyi ilə əlaqədar proqramın icrası”, akademik Rasim Əliquliyev AMEA-nın gənc ali və mütəxəssislər şurasının illik fəaliyyət planı, akademik Əhliman Əmiraslanov AMEA-nın Botanika İnstitutunda “Meşə mikologiyası və patologiyası” beynəlxalq laboratoriyası və Mərkəzi Nəbatat Bağında “Biomüxtəliflik və iqlim dəyişkənliyi” beynəlxalq laboratoriyasının yaradılması barədə məlumat verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info