Diasporumuzun tanınmış nümayəndəsi dünyasını dəyişib
Tarix: 17.09.2014 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Fransadakı Azərbaycan diasporunun yaranmasında, formalaşmasında fəal iştirak etmiş və silinməz izlər buraxmış soydaşımız Qədir Süleymanov dünyasını dəyişib. 1917-ci ildə İrəvanda anadan olan Qədir Süleymanov İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında vuruşub, yaralanıb və əsir düşüb. Bir müddət əsir düşərgələrində qaldıqdan sonra o, Almaniyaya səfər edən Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müdaxiləsi ilə əsirlikdən azad edilib. Müharibə başa çatdıqdan sonra isə Qədir Süleymanov Fransanın paytaxtı Parisdə qalmağa qərar verib. O, Fransanın azadlığı uğrunda göstərdiyi şücaətə görə Fransa hökuməti tərəfindən bir çox mükafatlarla təltif olunub. Vətənindən ayrı düşmüş Qədir Süleymanov yalnız 33 il sürən həsrətdən sonra doğma torpağına qovuşa bilib. Qədir Süleymanov 1989-cu ildə Fransada Azərbaycan Evinin əsasını qoyanlardan biri, bu ölkədəki Azərbaycan diasporunun ən fəal üzvlərindən idi.
Qədir Süleymanov sentyabrın 19-da son mənzilə yola salınacaq. O, Parisdəki Monparnas məzarlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Prezident Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info