Cüdoçuların reytinqi açıqlandı
Tarix: 18.09.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Yeni siyahıda Azərbaycan millisinin aparıcı üzvlərindən cəmi 4-ü ilk “10-luq”da yer alıb. Belə ki, cüdoçularımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 6-cı, 10-cu, 3-cü və 4-cü pillədədirlər.
Bu idmançılar kimi İlqar Müşkiyev (60 kq, 12-ci yer), Tərlan Kərimov (66 kq, 82), Rüstəm Orucov (73 kq, 13) və Kifayət Qasımova (57 kq, 23) da yerlərini əldən verməyiblər.

Siyahıda yeganə irəliləyən cüdoçumuz Məhəmmədəli Mehdiyev (81 kq) olub. O, rəqibinin geriləməsi səbəbindən 48-ci pilləni 47-yə dəyişib. Onunla eyni çəkidə mübarizə aparan Tural Səfquliyev isə 53-cü yerə (-2) enib. Şahin Qəhrəmanov (90 kq) da geriləyənlər sırasına qoşulub. Təmsilçimiz 1 rəqibini özündən irəli buraxaraq, 23-cü yerə düşüb. Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info