Dünya Çempionatında mübarizə aparacaq voleybolçularımız
Tarix: 18.09.2014 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Dünya Çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti dəqiqləşib. Baş məşqçi Faiq Qarayev mundialda güvənəcəyi oyunçuları müəyyənləşdirib.
Təcrübəli mütəxəssis sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq yarışa yollanmazdan öncə 4 voleybolçudan imtina edib. O, ilkin heyətdə adları olan Şəfaqət Həbibova, İrina Makarenko, Leyla Parşkova (hər üçü “Azərreyl”) və Ülkər Kərimovanı (“Lokomotiv”) klublarının düşərgəsinə yollayıb. Qarayev 15 nəfərlik yekun heyətə zədəli Kseniya Kovalenkonun adını da daxil edib:
Oksana Parxomenko, Kristina Yaqubova, Natəvan Qasımova, Kseniya Kovalenko, Ayşən Abduləzimova, Aynur Kərimova, Yelizaveta Səmədova, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelena Parxomenko, Polina Rəhimova, Yekaterina Jidkova, Yana Ağayeva, Ceyran Əliyeva, Oksana Kiselyova
Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə D qrupunda yer alıb. Hazırda İtaliyada olan yığmamız Dünya Çempionatının startına kimi İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
İngiltərə Premyer Liqasında tarixin ən yaxşı transferi açıqlanıb
24.05.2020
“Barselona“ 18 yaşlı hücumçu alır
24.05.2020
Lionel Messi: “Barselona“dan getmək istəyirdim“
24.05.2020
Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO
24.05.2020
“Arsenal”dan birdəfəlik getmişəm”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info