Autizm xəstəliyi müalicə oluna bilər
Tarix: 18.09.2014 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Kolumbiya Universitetinin mütəxəssisləri əmindilər ki, onlar autizm xəstəliyinin əsas səbəbini aşkar edə biliblər.
Alimlərin fikrincə, autizm xəstəliyinə tutulan insanın beyində sinoptik sinir rabitələrinin sayı anomal dərəcədə çoxdur. İnsanın böyümə və inkişaf prosesində sinoptik sinir rabitələr tədricən yox olur, yeniyetməlik dövrünün başlanğıcında isə (9-12 yaş) onların sayı kəskin sürətdə azalır. Autizm xəstəliyi olan uşaqlarda bu proses ləng gedir. Zaman keçdikcə sinoptik sinir rabitələrinin sayı yalnız 20 faiz azalır. Nəticədə sinir toxumalarında neyronlarla ayrılmaz surətdə bağlı olan “mTOR” zülalının miqdarı artır. Alimlər bu bağlamaları autizmin əsas biolojı markerlərindən biri adlandırırlar.
Alimlər bu fərziyyəni laboratoriya siçovulları üzərində apardıqları eksperimentdən sonra irəli sürüblər. Onlar siçovulların orqanizminə immuniteti aşağı salan və “mTOR” zülalı ifrazını sürətləndirən maddə yeridiblər. Nəticədə autizm simptomları olan siçovulların vəziyyəti xeyli yaxşılaşıb.
Bu sahədə gələcək tədqiqatlar insanlarda autizm xəstəliyini inkişaf mexanizmlərini daha yaxşı anlamağa və dünyanı bu xəstəlikdən tam xilas etmək üçün dərman tapmağa kömək edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?
21.06.2019
Yüksək təzyiqi salan 15 qida

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


25.06 22:21 Terror və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir. Dünyanın bir çox ölkələrində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə soyuq müharibə illərindəki ideoloji toqquşmanı əvəz edib. Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 25-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr“ mövzusunda regional konfransda səsləndirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində görülən işlər barədə danışıb. Azərbaycanın dünyanın çox həssas bir bölgəsində yerləşdiyini bildirən Komitə sədri qeyd edib ki, bu bölgədə müxtəlif dünya dövlətlərinin maraqları üz-üzə gəlir, toqquşur. Müasir dünyanın özünəməxsus çağırışları olduğunu diqqətə çatdıran M.Qurbanlı bildirib ki, həmin çağırışlarla bağlı BMT dünyanın 20-dək problemini müəyyən edib. Onların içərisində demoqrafiya, ekologiya, nüvə müharibəsi təhlükəsi, müxtəlif sağalmaz xəstəliklərin yayılması, su çatışmazlığı, iqlim dəyişkənliyi ilə bağlı və digər problemlər ön sıralarda yer alır. Terrorizm və onun törətdiyi fəlakətlər də dünyanı narahat edən xüsusi problemlər sırasındadır. Bütün dövrlərdə terrorun olduğunu bildirən Komitə sədri vurğulayıb ki, indi terrorun da mahiyyəti dəyişib və terror müxtəlif formalarda təzahür edir: “Müasir terror orta əsrlərin terrorundan kəskin şəkildə fərqlənir. Müasir terror texnoloji nailiyyətlərdən yararlanır. Terror təhlükəsinin dünya problemləri, çağırışları içərisində yer tutması dinlə əlaqədar məsələləri də gündəmə gətirir. Çünki dindən həmin terror təşkilatlarında ideoloji vasitə kimi istifadə olunur. Biz bunu Yaxın Şərq ölkələrində, o cümlədən qeyri-islam ölkələrində görməkdəyik“. Bildirilib ki, indi terror törədilməsi zamanı hər hansı bir sosial ideya deyil, dini amil ortaya çıxır və bu amildən istifadə edərək kütləvi terror qırğınları törədilir. Bu terror hadisələri yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də baş verir. Ayrı-ayrı ölkələrdə bu terror əməlləri dindaxili deyil, dinlərarası terror kimi təzahür edir. Din amilindən terror vasitəsi kimi istifadə olunur. İslam dinindən terrorda istifadədə bir neçə məqsədin güdüldüyünü vurğulayan Komitə sədri deyib: “ Bu məqsədlərdən biri İslam daxilindəki məzhəblərarası qarşıdurmanı dərinləşdirməklə gənc nəsildə bir-birinə qarşı nifrət hissi oyatmaq və son nəticədə həmin İslam dövlətində bu məzhəblərarası qarşıdurmadan istifadə edərək ölkəni zəiflətmək, çökdürmək və dağıtmaqdır“. Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərindən söz açan M.Qurbanlı bu modelin dünyada rəğbətlə qarşılandığını deyib: “Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir“.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info