“Xalq yaradıcılığı paytaxtları”nda müxtəlif tədbirlər keçiriləcək
Tarix: 18.09.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən, 2014-cü ildə Qəbələ “Azərbaycanın əfsanələr paytaxtı”, Balakən “Azərbaycanın folklor paytaxtı”, Abşeron rayonu isə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, təsdiq olunmuş plana uyğun olaraq il ərzində “Xalq yaradıcılığı paytaxtları”nda müxtəlif tədbirlər keçirilir. Plana əsasən sentyabrın 18-19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələdə “Qəbələ - Azərbaycanın əfsanələr paytaxtı - 2014” layihəsi çərçivəsində təntənəli tədbir təşkil olunacaq. Eyni zamanda, rayonda “Gənc şairlər” ədəbi məclisi təşkil ediləcək. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir. Sentyabrın 25-26-da “Folklor paytaxtı” Balakəndə, oktyabrın 3-də isə “Sənətkarlıq paytaxtı” Abşeronda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Gözəl mahnı möhtəşəm ifada
26.05.2020
“Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
26.05.2020
Ədəbiyyatın əbədiyaşarlıq ünvanı
26.05.2020
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
25.05.2020
Akademik Musiqili Teatr “Ər və arvad“ tamaşasının 110 yaşını qeyd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info