“İnoSMİ”: “Bu savaşda qalib yoxdur”
Tarix: 18.09.2014 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların əks dalğasını indidən hiss etməyə başlayan Avropa mətbuatı artıq həyəcan təbili çalmağa bışlayıb. Bu cəhətdən alman mətbuatının xülasəsi kimi "İnoSMİ" tərəfindən təqdim edilən bu yazı Avropanı qarşıda gözləyən fəsadları çılpaqlığı ilə ortaya qoyur. Alman mediası Qərbi Rusiyanın Ukrayna sərhədlərindən “bir neçə tankı geri çəkməsi”nə və ölkənin şərqində əldə olunmuş barışıq illuziyalarına aldanmamağa və bununla da sayıqlığı itirməməyə
çağırıb.

“Frankfurter Allgemeine Zeitung” nəşri iddia edir ki, Vladimir Putinin son aylardakı əsas fəaliyyəti Qərbin etibarlılığını sarsıtmağa hesablanıb. Qəzet yazır ki, Qərb ölkələri artıq Putinin hərəkətlərinə etibar edə bilər: O, həqiqətən müharibəyə son qoymaq üçün iradə nümayiş etdirərsə, bu halda Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər: “Bu məqamda heç kim Avropa İttifaqı kimi xoşbəxt olmayacaq”.
Oxşar fikirləri nüfuzlu “Die Zeit” nəşri də dərc edib: “Putinlə danışıqlar aparmaq hesabına kompromisə gəlmək olar, lakin bu, illüziya yaratmaq xatirinə olmamalıdır”. Qəzet təkid edir ki, 25 il bundan öncə Berlin divarının yıxılmasından sonra Avropada sərhədləri yenidən müəyyən etmək üçün hərbi gücdən istifadə edənlərə, hətta Şərqi Ukraynada atəşkəs əldə olunsa belə, yüksək qiymət ödəmək lazımdır.
Almaniyanın daha bir nəşri, «Süddeutsche Zeitung»a görə, Rusiya ilə siyasi münaqişə yalnız indi başlayır: “Ona görə də Avropa Birliyi Moskva tərəfindən yenidən “aldadılmasını” istəmirsə, tələsik hərbi güc toplamalıdır. Bununla belə, etiraf etməliyik ki, Rusiya ilə dağılmış münasibətləri yenidən biz özümüz bərpa etməli olacağıq”.
Lakin bununla belə, analitiklər bir daha xatırladırlar ki, Moskvanın cavab sanksiyaları çətin ola bilər və onun təsiri bütün Avropa əhalisi tərəfindən hiss olunacaq.
Rusiyanın avropalıların həyatını çətinləşdirməyə qadir olduğunu bildirən «Frankfurter Rundshau» nəşri etiraf edir ki, «Buna Rusiyanın bütün resurs və imkanları qadirdir». Nəşr ilk növbədə Kremlin "işgəncə aləti" kimi qaz nəqlini ön plana çəkir və xatırladır ki, Rusiya Avropaya ixrac olunan istehlak mallarına qadağa qoyacağı təqdirdə, vəziyyət daha da pisləşə bilər. Yəni siyasi münaqişə real ticarət müharibəsinə çevrilə bilər.
Belə görünür ki, alman şərhçilər Brüssel strategiyasının ləğvini, eyni zamanda Avropa Birliyi və Ukrayna arasında azad ticarət zonasının yaradılmasını Moskvadan xahiş etmək istəyirlər.
Mətbuat xatırladır ki, Ukrayna və Avropa Birliyi arasında Assosiasiya Sazişinin bir bölümündə azad ticarət zonasının yaradılması nəzərdə tutulub. Eyni zamanda, bəzi qəzetlər Avropa Birliyinin Rusiyanın maraqlarına xidmət edəcək saziş imzalayacağını da istisna etmirlər. Alman nəşrlərinin yazdığına görə, Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkədə işləyən alman şirkətlərinə də ağır zərbə vurmaqdadır.
Ekspertlərin fikrincə, bundan daha çox ölkədə fəaliyyət göstərən kiçik və orta biznes sahibləri əziyyət çəkirlər. Belə ki, böyük şirkətlərdən fərqli olaraq, onlar fəaliyyətini genişləndirmək iqtidarında deyillər.
Almaniyanın Sənaye və Ticarət Palatasının Rusiya filialının rəhbəri Tobias Baumann bildirir: «Ən böyük təhlükə ondan ibarətdir ki, Şərqi Avropaya mal ixrac etmək iqtidarında olan yüksək ixtisaslaşmış şirkətlər getdikcə xarabalıqlara çevrilirlər. Bu, fəlakətdir».
Market maliyyə xidmətlərini təmin edən şirkətin təmsilçisi, ixtisasca iqtisadçı olan Olivera Kolodsayke isə iddia edir: «Hazırda Almaniyanın sənaye dairələrində xəbərdarlıq işığı yanmaq üzrədir».
«Biz spiralvari sanksiyaları dayandırmaq üçün hər iki tərəfə çağırış edirik»-deyə «Die Welt» nəşrinə açıqlama verən Rusiya-Alman Ticarət Palatasının prezidenti Rayner Zeele daha sonra bildirir: «Əgər biz bu siyasəti davam etdirsək, bu halda hər iki tərəf məğlub durumda olacaq».
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
26.05.2020
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.2020
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
26.05.2020
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info