Tərtərin kəndləri abadlaşır
Tarix: 18.09.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun kəndlərində mütəmadi olaraq sakinlərlə səyyar qəbul-görüşlər keçirilir. Növbəti görüş Xoruzlu kəndində keçirilib.
Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Görüşdə sakinlərdən Vəli Xasıyev, Nizami Abbasov, Ayaz Məmmədov, Tükəzban Məmmədova və başqaları kənddə əhalinin həyat şəraiti və bəzi problemlərdən söz açıb, arzu və təkliflərini bildiriblər. Qeyd edilib ki, kənddə aparılan abadlıq-quruculuq işləri, 7 kilometr məsafədə yolun təmir olunması, yeni subartezian quyularının qazılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Bununla belə, kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, məktəb binasının əsaslı təmirinə ehtiyac var.
Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü
26.05.2020
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq
25.05.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar
25.05.2020
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
24.05.2020
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info