Təbii qazla təmin olunan abonentlərin sayı 1,7 milyonu keçib
Tarix: 18.09.2014 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində (İB) “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü və Neftçilər Gününə həsr olunan tədbir keçirilib. ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, tədbiri giriş sözü ilə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev açaraq, bu əlamətdar hadisənin tarixi əhəmiyyətindən danışıb.
O, “Əsrin müqviləsi”nin imzalanmasının 20-ci ildönümünü ARDNŞ-in digər müəssisələri kimi, “Azəriqaz” İB-də də böyük ruh yüksəkliyi və nailiyyətlərlə qarşılandığını vurğulayıb. Əlamətdar yubileyə dair məruzə ilə çıxış edən birliyin baş direktorunun ümumi məsələlər üzrə müavini Nazim Tağıyev bildirib ki, kollektiv üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək bu tarixi müqavilənin ildönümünü və peşə bayramlarını qaz təsərrüfatında qazanılan uğurlarla qeyd edir. Belə ki, “Azəriqaz” İB-nin fəaliyyət göstərdiyi 2009-2014-cü illər ərzində 26 min kilometrdən çox yeni qaz kəmərləri quraşdırılıb, təxminən 8 min kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib, 691 yaşayış məntəqəsi qazlaşdırılıb. Görülən işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1,7 milyonu keçib.
Digər çıxış edənlər də “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıblar. Tədbirin sonunda səmərəli və nümunəvi əmək fəaliyyətinə görə “Azəriqaz” İB-nin bir qrup işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
26.05.2020
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.2020
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
26.05.2020
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info