Kanadada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələrin açılışı olub
Tarix: 18.09.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Kanadanın Kalqari şəhərində “Confederation” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın açılışı keçirilib. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə “Xocalı faciəsinin xatirəsinə” sözləri həkk edilib.
Tədbir səfirliyin dəstəyi ilə Kalqari şəhərində yaşayan həmyerlilərimizin qurduğu “Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti” tərəfindən təşkil edilib.
Açılış mərasimində çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Xocalı soyqırımı haqqında danışıb, bu ağacın Kanadada Xocalı qurbanlarının xatirəsini yad edən ikinci belə abidə (ilk abidə Toronto şəhərindədir) olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından mühüm hadisə kimi xarakterizə edib. Eyni zamanda abidənin ərsəyə gətirilməsinə görə Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinə dərin minnətdarlıq ifadə edilib. R.Hüseynli tədbir iştirakçılarını “Xocalıya ədalət” kampaniyası və bu kampaniya çərçivəsində görülmüş işlər barədə də məlumatlandırıb. O, həmçinin Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb.
Daha sonra Kalqari şəhərinin digər bir parkı “Edworthy”də Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş oturacağın açılışı keçirilib. Oturacağın üzərindəki memorial lövhədə “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri həkk edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info