“Heydər Əliyev terrorla mübarizədə ABŞ-a öz yardımını təklif edən ilk dünya liderlərindən olub”
Tarix: 18.09.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


“ABŞ Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirir”.
Bunu Amerika Senatının Xarici Əlaqələr Komitəsində keçən dinləmələrdə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Robert Çekuta deyib.
Səfirliyə namizəd xatırladıb ki, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev terrorla mübarizədə ABŞ-a öz yardımını təklif edən ilk dünya liderlərindən olub. Əməkdaşlığın bu gün də davam etdiyini deyən diplomat Azərbaycan sülhməramlılarının Kosovo və İraqdan sonra Əfqanıstanda amerikalı hərbçilərlə çiyin-çiyinə xidmət etdiyini vurğulayıb.
R. Çekuta ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin bundan sonra da 3 əsas təməl üzərində– təhlükəsizlik, enerji və demokratiya üzərində qurulacağını deyib. O, sabit və çiçəklənən Azərbaycanla əməkdaşlığın təkcə ABŞ və onun müttəfiqləri üçün deyil, bütün bölgə üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
ABŞ diplomatının sözlərinə görə, Azərbaycanın enerji layihələrində marşrut çeşidliliyinə verilən dəstək ölkəmizin müstəqil xarici siyasət yürütməsi baxımından da əhəmiyyətlidir.
Dinləmələrdə həmçinin ABŞ-ın Ermənistanda səfiri vəzifəsinə namizəd Riçard Millsin də çıxış edib. Bir saat davam edən dinləmələrdə ABŞ-ın bölgə ilə bağlı əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info