Səfir Argentinanın turizm naziri ilə görüşüb
Tarix: 18.09.2014 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin turizm naziri Enrike Meyerlə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə son illərdə iki ölkə arasında turizm sahəsindəki əlaqələrin inkişafı müzakirə olunub, habelə E.Meyerin 2012-ci ildə Azərbaycana səfəri, iki ölkənin turizm nazirlərinin beynəlxalq tədbirlər çərçivəsində təmasları və 2013-cü ildə Argentinanın Turizmin Təşviqi üzrə Milli İnstitutunun Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirakı qeyd edilib.
Səfir M. Əhmədzadə Azərbaycanda turizm sənayesinin və infrastrukturunun inkişafı istiqamətində dövlət siyasəti, ölkəmizə xarici turistlərin cəlb edilməsi üçün atılan addımlar, bu xüsusda Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlər haqda məlumat verib.
Görüşdə həmçinin Azərbaycan və Argentina arasında turizm sahəsində əlaqələrin inkişafı üçün müvafiq hüquqi-normativ bazanın razılaşdırılması, institusional səviyyədə təmasların davam etdirilməsi və qarşılıqlı turist axınının artırılmasına xidmət göstərən tədbirlərin təşkili ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info