“Jewish Journal”: “Qaranlıqlarla dolu dünyada Azərbaycan bir işıqdır”
Tarix: 18.09.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


600 minə yaxın yəhudinin yaşadığı Los Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu “Jewish Journal” həftəlik qəzeti 17 sentyabr 2014-cü il tarixli sayında Azərbaycana dair məqalə dərc edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı xəbərə görə, “İsrailin ən dəyərli müsəlman müttəfiqi” başlıqlı məqalə dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin rəhbəri Ravvin Mark Diamond tərəfindən yazılıb.
Bu yaxınlarda Los Ancelesdən olan 11 yəhudi din xadimi ilə birgə Azərbaycan və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və David Siegel ilə görüşdüyünü bildirən M. Diamond İsrail və ABŞ-la güclü münasibətlər saxlayan Azərbaycanın unikal tarixə malik bir ölkə olduğunu qeyd edir. Müəllif bildirir ki, 2000 ildən bəri Azərbaycanda yaşayan yəhudilər özlərinə yalnız hörmət görüblər və bu gün də bu tolerantlıq mühiti ölkədə hökm sürməkdədir. M. Diamondun fikrincə, xüsusilə hazırkı dövr üçün bunu böyük nailiyyət hesab etmək olar. Müəllif Azərbaycanda yəhudi icmasına və irsinə böyük qayğı göstərildiyini qeyd edərək, İsrail sərhədləri xaricində dünyanın ən böyük yəhudi qəsəbələrindən biri olan Qırmızı Qəsəbənin Azərbaycanda yerləşdiyini, yəhudilərin öz füsunkar sinaqoqlarında azad şəkildə ibadət etdiklərini və 300-dən çox yəhudi uşağının Bakıda inşa edilmiş müasir yəhudi məktəbində təhsil aldığını vurğulayır. O, həmçinin, 2011-ci ildə Azərbaycan hökuməti tərəfindən Bakıda dağ yəhudiləri üçün sinaqoq inşa edildiyini diqqətə çatdırır.
Dünyada, xüsusilə yaxın bölgələrdə baş verən hadisələr fonunda Azərbaycanın tolerantlıq və dinc yanaşı yaşama modeli kimi işıq saçdığını bildirən ravvin Diamond Azərbaycana yəhudi icmasının dost münasibətinin və dəstəyinin zəruri olduğunu qeyd edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Ntv.com.tr”: “Azərbaycanda İlham Əliyevdən Novruz əfvi”
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info