Hava yağıntılı olacaq
Tarix: 18.09.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda sentyabrın 20-də qısa müddət davam edən mülayim hava şəraitindən və temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksəlməsindən sonra sentyabrın 21-dən ölkə ərazisindən yenidən soyuq dalğa keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, sentyabrın 20-də günorta saatlarında mülayim hava şəraiti müşahidə ediləcək. Sentyabrın 20-də ölkədə havanın temperaturu bu günlə müqayisədə 2-4 dərəcə yüksələcək. Bakıda günorta saatlarında 26-28 dərəcə isti proqnozlaşdırılır.
U.Tağıyeva deyib ki, sentyabrın 20-dən 21-nə keçən gecə ölkə ərazisindən növbəti soyuq dalğanın keçəcəyi, paytaxtda şimal küləyinin sürətinin yenidən bir qədər artacağı gözlənilir. Sentyabrın III ongünlüyünün ilk günlərində - ayın 21 və 22-də hava yenidən yağıntılı olacaq.
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin sürətinin artması ilə əlaqədar temperatur enəcək və günorta saatlarında 20-24 dərəcə olacaq.
Qeyd edək ki, sentyabrın 17-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Həmin gündən başlayaraq, ölkə ərazisində güclü küləklər əsir, yağıntılar yağır, bəzi yerlərdə intensiv leysan xarakterli yağışlar yağır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
25.05.2020
Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
24.05.2020
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
24.05.2020
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
24.05.2020
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
4 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
5 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info