Səkkiz ayda tikinti işlərinə 3 milyard 544,6 milyon manat büdcə vəsaiti xərclənib
Tarix: 18.09.2014 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar–avqust aylarında ölkənin tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, bir sıra istehsal və qeyri-istehsal obyektlərinin tikintisi yekunlaşdırılıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, səkkiz ay ərzində 1 milyon 145,5 min kvadratmetr yaşayış sahəsi, 5 min 680 şagird yerlik məktəb binaları, 892 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində “Norm sement” zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası istifadəyə verilib.
Bundan əlavə, Suraxanı Günəş Elektrik Stansiyası, sağlamlıq mərkəzi, Milli Gimnastika Kompleksi, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, gənclər mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncə şəhərində metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarının tikintisi başa çatdırılıb. Həmçinin Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonunda şahmat məktəbi, şəhər stadionu, Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərarası avtomobil yolu, Füzuli rayonunda tikiş fabriki, Əhmədalılar - Mollaməhərrəmli – Arayatlı - Babı kəndlərarası avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, gənclər mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Lənkəran rayonunda çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli və digər obyektlər də istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5 milyard 463,7 milyon manat vəsaitin 3 milyard 544,6 milyon manatından istifadə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info