Bu məktəbdə milyarderlərə xidmətçilər hazırlanır
Tarix: 18.09.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Dünyada ofisiant və xidmətçi personalın hazırlanması üzrə ən məşhur tədris-hazırlıq müəssisəsi sayılan "International Butler Academy"nin Çində bölməsi açılıb.
Çendu şəhərindəki villalardan birində işə başlayan bölmədə zəngin ailələrdəki xidmətçilərdən tutmuş, lüks otellərdəki ofisiantlara qədər ən müxtəlif "xidmət peşə"ləri üzrə təlimlər keçirilir.
İsveçrə, Belçika, ABŞ və Kanadadan olan sabiq metrodotellər, ofisiantlar, villa və malikanə xidmətçilərinin təlimlərinə qatılmaq istəyən çinli tələbələrin hər biri 16 min dollar ödəyib.
Çendu şəhərində bölmənin yaradılması təşəbbüsünün müəllifi, hollandiyalıRobert Vinnekesin dediyinə görə, Çindəki varlılar arasında "Daunton abbatlığı effekti" (Downton Abbey effect) yaşanır.
"Onların pulları çoxdur və bu adamlar "Daunton abbatlığı" teleserialındakı xidmətçilər təki qulluqçulara malik olmaq istəyirlər. Biz də belə xidmətçiləri hazırlayırıq", -deyə Vinnekes deyib.
8 həftəlik kursda masaların bəzənməsi, ayaqqabıların təmizlənməsindən tutmuş, yemək zamanı qədəhlərə şərab süzülməsinin incəliklərinədək ən müxtəlif bacarıqlar təlqin edilir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Salyandakı Mir Əşrəf ağa məscidində nadir çıraq saxlanılır
26.05.2020
Bu ölkədə hər həftə 2-3 nəfər İslamı qəbul edir
25.05.2020
Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq
24.05.2020
“Komandaya götürmədim, gedib sədr oldu“
24.05.2020
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info