İran Azərbaycan vasitəsilə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcək
Tarix: 18.09.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycan yaxın gələcəkdə İranın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında körpü rolu oynaya bilər. Fars agentliyinin verdiyi məlumata görə, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti İslam Respublikasında səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşdə deyib.
Onun sözlərinə görə, son zamanlar Rusiyanın Avropa ilə münasibətlərində problemlər yaransa da, Azərbaycanla çox yaxşı münasibətləri: "Azərbaycan İranın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməkdə bizimlə əməkdaşlıq edə bilər".
M.Höccəti yaxın gələcəkdə bu məsələnin müzakirəsi üçün İran nümayəndə heyətinin Bakıya səfər edəcəyini bildirib.
O, iki ölkənin kənd təsərrüfatı sahəsində geniş imkanları olduğunu xatırladaraq Tehranın Bakı ilə bu sahədə də əməkdaşlıq edə biləcəyini deyib.
Ş.Mustafayev görüşdə bildirib ki, beynəlxalq bazarda Rusiyanın indiki vəziyyəti İran və Azərbaycanın yeni bazarlar əldə etmək üçün əməkdaşlıq qurmalarına imkan verib.
İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycan nümayəndə heyətinin İrana səfərinin son günündə keçirilən mətbuat konfransında ikitərəfli görüşləri müsbət dəyərləndirərək İran, Azərbaycan və Rusiyanın kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
M.Vaezi iki ölkənin nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyib. O, həmçinin yaxın günlərdə İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyanın Bakıya səfər edəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info