“Azərbaycan qazı Bolqarıstana Türkiyə və Yunanıstan ərazisindən çatdırıla bilər”
Tarix: 18.09.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Bolqarıstan 2016-cı ildən etibarən Azərbaycandan qaz idxalına başlamaq niyyətindədir.
Bolqarıstanın “NewsBG.ru” xəbər portalının məlumatına görə, bu barədə adıçəkilən ölkənin iqtisadiyyat və energetika nazirinin müavini Anton Pavlov deyib.
A. Pavlovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabr ayının 20-də Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq.
“Bildiyiniz kimi, cari ilin payızında Yunanıstanla Bolqarıstan arasında qaz borusunu tikintisi ilə bağlı yekun investisiya qərarı veriləcək. Sözügedən borunun tikintisi 2016-cı ildə başa çatacağı gözlənilir. Bolqarıstan prezidenti Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə 2016-cı ildən etibarən Azərbaycan qazının Bolqarıstana idxalı ilə bağlı danışıqlar aparacaq. Azərbaycan qazı Bolqarıstana Türkiyə və Yunanıstan ərazisindən çatdırıla bilər”. – deyə o bildirib.
Nazir müavinin sözlərinə görə, qaz nəqlinin illik həcmi 200-300 mln. kubmetr təşkil edə bilər
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Daha ehtiyacımız böyük deyil – Buğda idxalını 60 faiz azaltmışıq
26.05.2020
Zaqatalanın çay plantasiyalarında mövsümün ilk məhsulu yığılır
26.05.2020
Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
26.05.2020
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
24.05.2020
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info