Bakı-2015 ilk Avropa Oyunlarında xidmət edəcək həkimlər üçün təlimlər keçiriləcək
Tarix: 18.09.2014 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universiteti Bakı-2015 ilk Avropa Oyunları ilə əməkdaşlığa başlayır. Universitetin Tədris Cərrahiyyə Klinikasında yarışlarda xidmət göstərəcək həkimlərə təlim keçiriləcək.
Bu gün universitetin rektoru, akademik Əhliman Əmiraslanov Bakı-2015 ilk Avropa Oyunlarının tibb direktoru xanım Pem Vedinqlə görüşüb. ATU-nun Azərbaycanda yeganə tibb təhsili müəssisəsi olduğunu bildirən Ə.Əmiraslanov hər il universitetə 1000-ə yaxın tələbənin qəbul olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, hazırda universitetin 7000-dən çox tələbəsi arasında 18 ölkənin vətəndaşları da var. ATU-da 160-dan çox professor çalışır, müəllim heyətinin sayı 600 nəfərə çatır.
Pem Vedinq gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirdə tibb sahəsində güclü mütəxəssislərə ehtiyac olduğunu qeyd edərək bu məsələdə Tibb Universiteti ilə əməkdaşlıq etmək arzusunda olduqlarını söyləyib.
Görüş zamanı Avropa Oyunlarında idmançılara və digər personala tibb xidməti göstərəcək mütəxəssislərin hazırlıq keçməsi üçün ATU-nun klinikalarında mövcud treninq mərkəzlərindən istifadə olunması təklifi səslənib. Əldə olunan ilkin razılaşmaya əsasən, Avropa Oyunlarında xidmət göstərəcək həkimlər üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasındakı treninq mərkəzində təlimlər təşkil olunacaq. Yarış zamanı Tibb Universitetinin təmsilçilərindən ibarət həkim briqadası da xidmət göstərəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Çimərliklərdə koronavirusun profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib
26.05.2020
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
25.05.2020
Pandemiya Bakı sakinlərinin 44%-nin maddi durumuna təsir edib
24.05.2020
Ramazan bayramının qaydaları
24.05.2020
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından aztəminatlı ailələrə sovqat

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info