Köhnə məhsulların kütləvi satışının qarşısı alınıb
Tarix: 18.09.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər




Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi insan sağlamlığı üçün təhlükə mənbəyi olan vaxtı keçmiş ərzaq məhsullarının kütləvi satışının qarşısını alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər və Goranboy rayonunda yaşayan bir qrup vətəndaş Goranboy şəhərindəki topdansatış ərzaq mağazasında uzun müddətdir ki, yararlılıq və istifadə müddəti keçmiş ərzaq məhsullarının satılması barədə Baş İdarəyə ərizə ilə müraciət edib. Baş İdarə əməkdaşları Goranboy rayon sakini 28 yaşlı Arif İsayevə məxsus topdansatış mağazasına baxış keçiriblər. Mağazadan yararlılıq müddəti 2012-ci ildə və 2013-cü ildə bitmiş xeyli sayda ərzaq, şirniyyat və digər qida məhsullarının satılması müəyyən edilib. Mağazanın sahibi Arif İsayev bildirib ki, malların istifadə müddəti bir neçə il əvvəl bitsə də satışdan çıxarmayıb, əksinə mütəmadi olaraq vətəndaşlara satıb.
Topdansatış mağazasının anbarına baxış zamanı isə əlavə olaraq xeyli sayda istifadə müddəti keçmiş ərzaq məhsulları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Anbardar vəzifəsində çalışan 39 yaşlı Fuad Məmmədov ifadəsində bildirib ki, mənfəət əldə etmək məqsədi ilə 2-3 il əvvəldən yığılıb qalmış malları gündəlik satışa çıxarıblar.
Faktla bağlı toplanmış materiallar DİN BMCMİ-nin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info