Tələbələrimiz Novosibirskdə keçirilmiş beynəlxalq konfransda elmi məruzələr ediblər
Tarix: 18.09.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinin magistratura pilləsinin I kurs tələbəsi Ələkbər Hüseynzadə və bakalavriat pilləsinin IV kurs tələbəsi Mircavid Ağayev Rusiya Federasiyasının Novosibirsk şəhərində tələbələrin və aspirantların “Kimyəvi və bioloji fizikada maqnit rezonansı, eləcə də maqnit hadisələri” mövzusunda keçirilən III Beynəlxalq konfransında iştirak ediblər.
Bakı Dövlət Universitetindən bildiriblər ki, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Niderland və digər ölkələrdən olan nümayəndələrin qatıldıqları bu beynəlxalq tədbirdə Ələkbər Hüseynzadə “Bəzi asetofenon törəmələrinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi”, Mircavid Ağayev isə “Bəzi alkenilfenol törəmələrinin məhlul sistemlərinin NMR metodu ilə tədqiqi” mövzularında ingilis dilində məruzə ediblər.
Xatırladaq ki, BDU-nun kimya fakültəsinin nəzdində beynəlxalq standartlara cavab verən Nüvə Maqnit Rezonansı (NMR) laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada müxtəlif məhlul sistemlərində baş verən dinamik proseslərin, maddə quruluşunun öyrənilməsinə aid işlər aparılıb, əldə olunan nəticələr dünyanın “Magnetic Resonance in Chemistry”, “Applied Magnetic Resonance”, “Central Europian Journal of Chemistry”, “Jurnal Fiziçeskoy Ximii”, “Jurnal Orqaniçeskoy Ximii” və digər nüfuzlu jurnallarında çap olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info