Prezidentin Monteneqronun Baş naziri ilə təkbətək görüşü olub
Tarix: 18.09.2014 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev sentyabrın 18-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Əvvəlcə Prezident İlham Əliyevin Baş nazir Milo Cukanoviçlə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Sonra görüş geniş tərkibdə davam etdirilib. Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli dostluq münasibətlərin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə edib. Əməkdaşlığımızın genişləndirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Baş nazir Milo Cukanoviç Azərbaycan Prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirib. Ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını deyib və əldə olunan nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Milo Cukanoviç öz növbəsində Azərbaycan ilə Moneneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
MDB ölkələrinin Baş nazirləri koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər
26.05.2020
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevi təbrik edib
26.05.2020
XİN: Avropa İnsan Hüquqları Məhkəməsi Ramil Səfərovla bağlı Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.2020
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
26.05.2020
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Qiyməli pendirli yemək resepti -VİDEO
3 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
4 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
5 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info