Azərbaycanın da iştirak edəcəyi Soçi investisiya forumu
Tarix: 18.09.2014 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Soçidə Rusiyanın Krasnodar diyarının ən böyük konqres-sərgi meydançası ərazisində beynəlxalq investisiya forumu açılır. Bu barədə “RİA Novosti” xəbər yayıb.
Rusiyanın əsas investisiya tədbirində ölkə regionlarından 80 nümayəndəlik iştirak edəcək. 45 regionun nümayəndə heyətinə qubernatorlar və regional baş nazirlər rəhbərlik edəcəklər.
Krasnodar diyarının administrasiyasından bildirilib: "İşgüzar proqramda 18 diplomatik missiya iştirak edəcək. Forumun iştirakçıları arasında Slovakiya, CAR, Nigeriya, Ermənistan, İtaliya, Belarus, Avropa İttifaqının səfirləri, eləcə də İsveçrə, Yaponiya, Polşa, Fransa, Azərbaycan və Böyük Britaniyanın diplomatik missiyalarının nümayəndələri iştirak edəcəklər".
Rusiya regionlarının investisiya potensialının təqdimatı üçün sərgi meydançası 3,5 min kvadratmetrdən çoxdur. Cənub regionları - Krasnodar diyarı, Rostov vilayəti, Dağıstan və İnquşetiya, eləcə də Tatarıstan və Kalininqrad vilayəti daha iri ekspozisiyalarda təmsil olunacaqlar.
Ənənəyə görə Soçidəki investisiya forumu təkcə Rusiya və dünya iqtisadiyyatının ən aktual məsələlərinin deyil, həm də gözlənilən mədəni layihələrin müzakirəsi üçün meydança olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info