“Hüquq insan üçündür!”
Tarix: 18.09.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək ictimai birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə “Hüquq insan üçündür!” adlı layihə ilə bağlı konfrans keçirdi. BİU Zaqata filialında 100-dən çox iştirakçısı olan konfransı Zaqatala Şəhər Gənclər və İdman İdarəsinin Araz Əliyev giriş sözü ilə açıq elan etdi. O bildirdi ki, hər bir vətəndaş onlar üçün yaradılmış şəraitdən maksimum istifadə etməlidir və bu sahə də gənclərə öz tövsiyələrini verdi. Digər natiq BİU Zaqatala filialının prorektoru Fuad Quliyev də çıxışında qonaqları universitetdə görməkdən və belə bir tədbirə ev sahibliyi etməkdən qürur duyduğunu vurğuladı. O çıxışında vurğuladı ki, bu gün ölkədə hər bir qanun vətəndaşların rahat həyat tərzi keçirməsi üçün zəmin yaradır və ölkə başçısının apardığı siyasətin təqdirəlayiq olduğunu bir daha iştirakçıların diqqətinə çatdırdı. Daha sonra çıxış edən birliyin sədri Elçin Manafov Azərbaycan Respublikasının Konstitusiyasından, “Əmək məcəlləsi” “Mülki Məcəllə”, “Vətəndaşların Müraciətlərinin Baxılması” haqqında qanunlar, “Gənclər proqramı”, və s. mövzulardan iştirakçıları maraqlandıran mövzular haqqında ətraflı məlumat verdi. Fürsətdən istifadə edərək hər kəsi qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik etdi. Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı, iştirakçılara nazirlik tərəfindən yemək süfrəsi verildi və xatirə şəkilləri çəkildi.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info