Azərbaycanda 8,5 mln. dollarlıq gəmi istehsal olunacaq
Tarix: 18.09.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Gələn aydan etibarən Bakı Gəmiqayırma Zavodu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə dəyəri 8,5 mln. dollar olan gəminin istehsalına başlayacaq.
Bunu Bakı Gəmiqayırma Zavodunun baş menecerinin müavini İmamverdi Həsənov bildirib.
O qeyd edib ki, bu ilin aprel ayında Xəzər Dəniz Gəmiçiliyi zavoda 3 ədəd 80 nəfərlik heyət gəmisinin istehsalını sifariş edib. Hazırda zavodda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi əsasında Xəzər Dəniz Gəmiçiliyinin ən böyük yanalma-qazma qurğusunun pantonlarının tikintisi həyata keçirilir. Tikinti bu ilin noyabr ayında başa çatacaq.
Bu layihə Bakı Gəmiqayırma Zavodu ilə BP şirkəti arasında bağlanıb. Dəyəri 378 mln. dollarlıq layihə başa çatdıqdan sonra sualtı tikinti gəmisi sahildən 70 km məsafədə yerləşən “Şahdəniz” yatağının 2-ci mərhələsi üçün səfərbər olacaq. Gəmi 2017-ci ilin aprel ayında hazır olacaq.
Xəzər Dəniz Gəmiçiliyinin digər gəmilərinə gəldikdə, onların hər birinin tikinti müddəti 18 ay çəkəcək.
İ.Həsənov qeyd edib ki, bu günə qədər zavoda 470 mln. dollar vəsait yatırılıb: “Zavodun tikintisi 3 mərhələdən ibarət olacaq. Növbəti 2-ci mərhələnin tikintisi üçün 180 mln. dollar nəzərdə tutulub. Zavod Qazaxıstan, Türkmənistandan da sifariş qəbul edib. Müəssisədə 500 adam çalışır, onlardan 40 nəfər Sinqapurdan olan mütəxəssislərdir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info