Bilik Fondu yeni layihələrə start verir
Tarix: 18.09.2014 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Bilik Fondunun ilk mətbuat konfransı keçirildi. Fondun icraçı direktoru Oktay Səmədov tədbirdə məlumat verdi ki, qurum artıq
bir neçə yeni layihəyə start verir: “Bu layihələr “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” və digərləridir. Bilik Fondunun rayonlar üzrə 75 nümayəndəsi təyin olunub. Fond fəaliyyətini həmin nümayəndələrlə əlaqəli qurur. Gələcəkdə Fondun yerlərdə filialları, xarici ölkələrdə nümayəndəlikləri açılacaq”. O da diqqətə çatdırıldı ki, yaxın günlərdə fondun öz bülleteni dərc olunacaq, bundan başqa dövri mətbu orqanı olan elmi-kütləvi dərgi çap ediləcək.
Tədbirdə o da bildirildi ki, fond gələcəkdə jurnalistika ixtisası ilə bağlı kadrların yetişdirilməsinə öz töhfəsini verəcək: “Jurnalistika ixtisasında yenilik oldu. Etiraf edək ki, orta təhsil pilləsinin son pilləsində tələbə olmaq istəyənlər bir neçə fənn üzrə hazırlaşırlar. Buna görə onlarda öz fikirlərini ifadə etmək cəhətdən problemlər yaranır. Biz bu istiqamətdə də işlər görə bilərik. Belə ki, gələcəkdə jurnalistika ixtisası üzrə hazırlaşan abituriyentləri bizdə keçiriləcək təlimlərə cəlb edə bilərik. Fond olaraq biz də jurnalistlərlə təkcə xəbər ötürücüsü deyil, həm də onlarla əməkdaşlıq edən və eyni məqsədə qulluq edən bir qurum kimi fəaliyyət göstərmək istəyirik”.
Fondun icraçı direktoru onu da bildirib ki, gələcəkdə “Yaradıcılıq fakültələri” və sair layihələr reallaşdırılacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info