Daşınmaz əmlakın idarə edilməsi sahəsində Almaniya təcrübəsi öyrənilir
Tarix: 18.09.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və vahid kadastrın tərtib edilməsi sahələrində beynəlxalq təcrübənin sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu əlaqələr əsasən qeyd olunan sahələrdə informasiya və metodiki təminatın gücləndirilməsi, təcrübə mübadiləsi məqsədi ilə qarşılıqlı səfərlərin təşkili və s. istiqamətləri əhatə edir. Bu tədbirlər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi öz vəzifə və funksiyaları çərçivəsində Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsi ilə mövcud əməkdaşlığı uğurla davam etdirir. VIII Baş İdarə Almaniya Federativ Respublikasında sənaye müəssisələri və federal daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumudur. Davam edən əməkdaşlıq çərçivəsində Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsinin Baş direktoru Bruno Kahlın başçılıq etdiyi nümayəndə heyəti 16-17 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində səfərdə olub. Səfər çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qurumun rəhbəri Bruno Kahl arasında görüş keçirilib. Qonaqları səmimi salamlayan komitə sədri Kərəm Həsənov bildirib ki, son illər Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Almaniya Federativ Respublikası ilə ikitərəfli əməkdaşlıq əlaqələri getdikcə inkişaf etməkdədir. Görüş çərçivəsində ümummilli liderimiz tərəfindən əsası qoyulmuş və bu gün Prezidentin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlardan, ölkəmizin dinamik inkişaf templərindən söhbət edilib. Belə ki, regionların tarazlı və davamlı inkişafı, bölgələrdə infrastrukturun yenidən qurulması, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilir. Komitənin vəzifə və funksiyalarının icrası sahəsində səmərəliliyin və operativliyin daha da artırılması, habelə şəffaflığın təmin olunması məqsədi ilə həyata keçirilən işlər, o cümlədən elektron xidmətlərin geniş tətbiqi barədə qonaqlara məlumat verilib. Eyni zamanda görüş çərçivəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və kadastrı sahəsində həyata keçirilən işlər və əldə olunmuş nəticələr barədə danışılıb. Komitənin beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyi qeyd edilib, fəaliyyət sahələrində səmərəliyin daha da artırılması məqsədi ilə beynəlxalq təcrübədən istifadənin zəruri olduğu vurğulanıb.
Öz növbəsində Bruno Kahl qəbula görə minnətdarlığını ifadə edib. Ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söhbət açıb. Gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının aidiyyəti qurumları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsində yaxından köməklik edəcəyini qeyd edib. Görüşdə həmçinin, Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Görüşdən sonra Almaniyanın nümayəndə heyəti komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində olub. Burada nümayəndə heyətinin üzvləri qurumun fəaliyyəti, daşınmaz əmlakın və əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı proseslərinin gedişatı və vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar. Səfərin sonuncu günü nümayəndə heyəti Almaniyanın “GIZ” təşkilatının mütəxəssisləri ilə birgə “Yeni BEMZ” açıq səhmdar cəmiyyətində olub, müəssisə üçün hazırlanmış restrukturizasiya və sağlamlaşdırma proqramının icra vəziyyəti ilə tanış olublar. Qeyd edilməlidir ki, digər Avropa ölkələri ilə yanaşı, Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ikitərəfli əməkdaşlıq əlaqələri üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən, ötən ilin fevral ayında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Almaniyanın Berlin şəhərində olub. Səfər çərçivəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair Almaniya Federal Maliyyə Nazirliyi ilə Anlaşma Memorandumu imzalanıb. Memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilib.
Günəş Şirvanskaya




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info