Robert Mills: “Ermənistan özünü beynəlxalq ictimaiyyətdən təcrid edir”
Tarix: 18.09.2014 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Robert Mills bu ölkənin qəbul etdiyi bir sıra qərarlarla özünü beynəlxalq ictimaiyyətdən təcrid etməkdə olduğunu deyib. R. Mills bunu Senatın Xarici Əlaqələr Komitəsində dinləmə zamanı söyləyib.
“Biz Ermənistanın bir sıra addımlarından məyus olduğumuzu gizlətməmişik. Məsələn, BMT-nin Baş Assambleyasında keçirilən səsvermə zamanı Ermənistanın Ukraynanın suverenliyi məsələsində Rusiya ilə bərabər səs verməsi onu beynəlxalq ictimaiyyətin əksəriyyəti ilə üz-üzə qoymuş oldu”, - deyə səfir bildirib.
R. Mills həmçinin Ermənistanın bir il əvvəl - 2013-cü ilin sentyabrında Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulması və Avropa Birliyinin Dərin və Tam Azad Ticarət Ərazisi yaradılmasına dair danışıqları dayandırması ilə özünü təcrid etməkdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa tərəfdaşlığı Ermənistan üçün təkcə Rusiya ilə deyil, bölgədəki qonşuları, Avropa Birliyi və ABŞ kimi tərəfdaşlarla iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları açmış olardı.
Xatırladaq ki, 2014-cü il martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamənin müzakirə zamanı Ermənistan Rusiyanı dəstəkləyərək, sənədin əleyhinə çıxan az ölkələrdən biri olub. Azərbaycan da daxil olmaqla, 100 ölkə Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsinin lehinə səs verib. 58 ölkə bitərəf qalib. Qətnamənin əleyhinə yalnız Rusiya, Ermənistan Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve səs veriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info