BAYU xaricdə “İnvolvement” adlı yeni silsilə tədbirlərə start verib
Tarix: 18.09.2014 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Fərhad Vəliyev:“Məqsəd Latviya, Litva, Estoniya ölkələr arasındakı münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etməkdir”

“Baltikyanı Azərbaycan Gənclər Assosiasiyası (BAYU) beynəlxalq layihələrin həyata keçirilməsində əsas təşəbbüskarlardan biridir”. Bunu Baltikyanı Azərbaycan Gənclər Assosiasiyasının sədri Fərhad Vəliyev bu yaxınlarda sözü gedən təşkilatın ölkəmizin hüdudlarından kənarda reallaşacaq tədbirlər silsiləsindən danışarkən deyib. Onun sözlərinə görə, BAYU, ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin önəm verdiyi “Gənclərin Avropaya İnteqrasiyası” proqramını prioritet hesab edərək, irəliləməyə üstünlük verir: “Baltikyanı Azərbaycan Gənclər Assosiasiyası təsis olunduğu dövrdən bəri dövlətə və dövlətçiliyə sadiq olaraq, bu günə qədər xaricdə bir neçə uğurlu layihələrə imza atıb. Son iki ildə Litvada və Latviyada, eləcə də, Estoniyada Azərbaycanın milli irsini və multikulturalizm dəyərlərini tərənnüm edir. Öz adət-ənənələrimizin xaricdə yaşayan həmvətənlərimiz tərəfindən tərənnüm edilməsi və unudulmamasını prioritet vəzifə hesab edərək, Baltikyanı ölkələrin müxtəlif şəhərlərində, eləcə də, Litvanın ikinci böyük şəhəri olan Kaunas və paytaxt şəhəri Vilnüsda Ermənistan səfirliyinin qarşısında etiraz aksiyasında da, iştirak edib. Bunda əlavə, Novruz bayramının Kaunas şəhərində qeyd edib. Həmçinin “Xocalı soyqırımı” ilə bağlı Vilnüs və Kaunas şəhərlərində tədbirlər keçirib, eləcə də, “Azerbaijan Flag everywhere”, “Ümümilli lider “Heydar Əliyevin 90 illik yubileyi”, “Youth Partnership”, “Youth İn Action” və bir çox digər silsilə tədbirləri keçirməyə davam etməkdədir. Bu il də, oktyabr ayında reallaşacaq, Baltikyanı ölkələrdə bir çox beynəlxalq tədbirlər keçirməyi qarşısına məqsəd qoyub”.
O bildirib ki, sözü gedən silsilə tədbirlər “İnvolvement” adlı layihə əsasında reallaşdırılması nəzərdə tutulur: “Layihənin adı dilimizə tərcümədə “Qovuşma” anlamını verir. Baltikyanı ölkələrdə Litva Respublikası ən çox azərbaycanlıların məskunlaşdığı yer olduğuna görə, ilk tədbirimizi məhz həmin ölkədə keçirməyi planlaşdırırıq. Tədbirlərimiz daha sonra isə Latviya və Estoniyada baş tutacaq. Ona görə də, bu gün biz bir təşkilat olaraq, Azərbaycan gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq layihənin icrasına artıq start verilmiş etmiş hesab edə bilərik. Sözü gedən layihənin əsas məqsədi Latviya, Litva, Estoniya ölkələr arasındakı münasibətlərin inkişafı prosesində gənclərin rolunun artırılmasını təmin etməkdir. Assosiasiyasının başlıca prinsipi öz adına sadiq qalaraq, bütün gəncləri bir arada səmimi və mehriban ünsiyyətini, eləcə də, əməkdaşlığını təmin etməkdir. Hesab edirəm ki, Azərbaycan həqiqətlərinin və zəngin mədəni dəyərlərinin geniş təbliğinə, ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan dəyərlərin əhəmiyyətini ictimaiyyətə çatdırmaq, eləcə də, geniş gənclər auditoriyasında müzakirə etmək, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına görə, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılmasında böyük rol oynayacaq. Xatırladım ki, 19 iyun 2014-cü il tarixində Prezident İlham Əliyevin “Xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər” haqqında sərəncamı, bir daha Cənab Prezidentin öz sözlərini məhz real gördüyü əməlləri ilə təsdiqlədiyinin göstəricisi idi. Bu göstərici də, Azərbaycanın dinamik ölkə kimi təbliğ etməsində çox dəstək olur. Bundan əlavə bu cür layihələrin icrası xarici qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda multikulturalizm ənənələri, dünyəvilik, səmərəli idarəetmə, elektron hökumətin tətbiqi təcrübəsi, eyni zamanda məqsəd Baltikyanı ölkələrdə təhsil alan və məskunlaşan azərbaycanlı gənclərdə yeni innovativ proqramların öyrət-öyrən bazasını təmin etmək və Azərbaycançılıq lobbiçiliyinin yeni proqramla formalaşması ilə nəticələnməsi üçün səy göstərməkdir. Eyni zamanda, Baltikyanı Azərbaycan Gənclər Assosiasiyası, Litva gənclərinin 10 günlük səyahət və turizm proqramında Azərbaycanı daha yaxından tanımaq təşəbbüsü ilə onları Azərbaycana dəvət etməyi də nəzərdə tutub”.
Qeyd edək ki, sözü gedən layihənin 17 -27 Oktyabr 2014-cü ildə baş tutacağı gözlənilir. Həmin tədbirdə və ya müsabiqədə iştirak etmək istəyənlər sentyabr ayının 27-dən etibarən ç Baltikyanı Azərbaycan Gənclər Assosiasiyası Təşkilata öz ərizələri ilə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, bir çox Baltikyanı ölkələrdən, Paytaxt Bakıya və eləcə də, Azərbaycana maraq göstərən gənclər artıq öz müraciətlərini etdiyi də bildirilir.
Fuad








 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25.05.2019
“Qafqazda Azərbaycan və erməni məsələsi“ kitabının müzakirəsi keçirilib
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info