Zərdabda “Sülh inkişafın əsas təməlidir” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 18.09.2014 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, hər ilin 21 sentyabr tarixi dünyada Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Ölkəmizdə isə Beynəlxalq Sülh Günü ərəfəsində "Sülh aylığı" keçirilir.
Sentyabrın 18-də Zərdab rayon Heydər Əliyev Mərkəzində “Sülh inkişafın əsas təməlidir” mövzusunda dəyirmi masa keçirilib.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbiri açaraq, 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda Beynəlxalq Sülh Günü ərəfəsində yəni, 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı”nın elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycan Ombudsmanı da fəaliyyətində sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirir, müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da genişləndirir.
Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş və uğurla icra olunan İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə müəyyən işlərin görüldüyü vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info