“Nikkei“: “2014-cü ildə avrozonanın iqtisadiyyatında artım 1,2 faizdən, 0,8 faizə düşəcək”
Tarix: 18.09.2014 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


“İtaliyada isə bu baxımdan tamamilə mənfi nəticə gözlənilir”

20-21 sentyabrda Avstraliyada “Böyük İyirmiliyin” maliyyə nazirlərinin toplantısı keçiriləcək. Bununla bağlı yazan Yaponiyanın "Nikkei" media qurumu qeyd edir ki, Ukrayna ilə bağlı antirusiya sanksiyaları Avropa ölkələrinin inkişaf tempini ləngidir: “Belə olduğu halda, maliyyə nazirləri dünya iqtisadiyyatının inkişafını təmin etməyə təsir edəcək tədbirlər düşünə biləcəklərmi? “Böyük səkkizliyin” əsas tapşırığı beş il ərzində 2 faizlik iqtisadi artıma nail olmaqdır. “Situasiya keçmiş illərin Yaponiyasını xarakterizə edir”. Avropanı Yaponiyanın maliyyə naziri Taro Aso belə xarakterizə edir. İstehlakçı qiymətləri avrozonada 2014-cü ilin avqustunda 0,3 faizə çatıb. 2013-cü ilin müvafiq dövrü isə son dörd il 10 ayda ən aşağı göstərici sayılır. Ümum Daxili Məhsulun aprel-iyun aylarında artımı ötən ilə nisbətən yavaşıyıb. Aşağı inflyasiya və zəif artıma görə deflyasiya təhlükəsi yaranıb. Buna Rusiyaya qarşı sanksiya müharibəsi də təsir edir. Əvvəl Qərb rus məmurların səfərinə sanksiya qoymuşdu ki, bu da iqtisadiyyata mənfi təsir göstərmirdi. Amma son zamanlar Avropa Birliyi Rusiya maliyyə təşkilatları və dövlət müəssisələrinin fəaliyyətini məhdudlaşdırır. Öz növbəsində Rusiya Avropa kənd təsərrüfatı məhsullarına embarqo qoyub. Belə olduğu halda, tərəflər iqtisadiyyata ciddi zərbə vururlar.
Sidneydə fevralda baş tutan “Böyük İyirmiliyin” sammitində beş ildə 2 faizlik artıma nail olmağı qarşıya məqsəd qoydular. Bu planla birgə əmək bazarında islahat və infrastrukturun inkişaf etdirilməsinə investisiyaları artırmaq da vacib sayılır. 2014-cü ildə avrozonanın iqtisadiyyatında artım 1,2 faizdən, 0,8 faizə düşəcək. İtaliyada isə bu baxımdan tamamilə mənfi nəticə gözlənilir”.

Bununla bağlı pis ssenari odur ki, Avropa staqnasiyası bütün dünyada yayıla bilər: “Hər şeydən öncə, bu, Avropaya böyük ixracatına görə Çinə təsir edə bilər. Avropa Birliyinə ixracın ixtisara salınması Çin iqtisadiyyatını ləngidəcək. Sonra isə bu təsir Yaponiyada, həmçinin Çinə mal göndərən təbii resurslarla zəngin digər ölkələrdə duyulacaq. Maliyyə sahəsində ABŞ və Almaniya arasında da ciddi fikir ayrılıqları var”.


İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info