UEFA Çempionlar Liqasında növbəti oyunlar keçirilib
Tarix: 18.09.2014 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. “E” qrupunda “Bavariya” (Almaniya) komandası “Mançester Siti” klubuna (İngiltərə) 1:0, “Roma” (İtaliya) kollektivi isə “CSKA” Moskvaya 5:1 hesabı ilə qalib gəlib.
“F” qrupunda “PSJ” (Fransa) komandası səfərdə “Ayaks”la (Hollandiya) heç-heçəyə nail olub (1:1). “Barselona” isə doğma meydanda “APOEL”dən (Kipr) üstün olub (1:0).
“G” qrupu çərçivəsində “Çelsi” (İngiltərə) evdə “Şalke”ni (Almaniya) məğlub edə bilməyib (1:1). “Maribor” (Sloveniya) və “Sportinq” (Portuqaliya) komandalarının görüşü də 1:1 bərabərə yekunlaşıb. Turnirin “H” qrupunda çıxış edən “Porto” (Portuqaliya) doğma meydanda “BATE”ni (Belarus) qəbul edib və görüş 6:0 hesabı ilə portuqaliyalıların xeyrinə başa çatıb.
“Atletik” Bilbao “Şaxtyor” Donetsk (Ukrayna) oyununda da qapılara qol vurulmayıb. Qeyd edək ki, "Roma" - “CSKA” matçından sonra insident yaşanıb. Matç bitən kimi qarşılaşmanın oynanıldığı Romanın "Olimpiya" stadionunun ətrafında hər iki komandanın azarkeşləri arasında dava düşüb. Bunun nəticəsində bir rusiyalı azarkeş bıçaqlanıb, digəri isə başından yaralanıb. Onların müalicə olunduğu bildirilib.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Qarabağ”ın Çempionlar Liqasında növbəti rəqibi müəyyənləşib
17.07.2019
“Qarabağ“ növbəti təsnifat mərhələsinə yüksəlib
17.07.2019
“Real“ Poqbadan imtina edir
17.07.2019
“Tottenhem“ Beyli geri qaytarır
17.07.2019
Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info