“Bolqarıstan əhalisinin etnik tərkibi dəyişir”
Tarix: 19.09.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


SSRİ-nin süqutu müttəfiq respublikalarla yanaşı, Sovet İttifaqı ilə yaxın münasibətdə olan Avropanın bir çox ölkələrindən də yan keçmədi. Belə ölkələrdən biri də Bolqarıstandır. Ölkədə baş berən son olaylar barədə yerli mətbuatda yer alan bu yazı Bolqarıstanın bu gününün bəzi aspektlərini ortaya qoyur.
Yazıda deyilir ki, hələ bir neçə il bundan əvvəl, 2011-ci ildə bolqar sosioloqlarının proqnozları təsdiqini tapmaqdadır: Bolqarıstanda boşalma tendensiyası güclənir. Artıq mənfi tendensiyalara keçid müşahidə edən yerli sosioloqlar 2050-ci ilə tutqun baxışlarla nəzər salaraq iddia edirlər ki, Bolqarıstanda 5 milyon yerli əhali qalacaq, yəni onlar iki milyon azalacaqlar. Lakin eyni dövrdə Avropa Birliyi üzvü olan dövlətlərin əhalisinin sayı 15 milyon artacaq.
Bolqarıstanda demoqrafik fəlakətin ən ümdə hissəsi ölüm hallarının yüksək olması ilə xarakterizə olunur. Burada ölkədəki yaş həddi də böyük rol oynayır. Xatırladaq ki, hazırda ölkə əhalisinn 19 faizini yaşı 65-i keçmiş şəxslər təşkil edir. Statistika göstərir ki, hər gün ölkə əhalisinin təxminən 164 nəfəri həyatını itirir. “Bu, yalnız yerli problemdir”-deyə, “Bolqarlar üçün həyat” milli alyansının baş katibi Totko Naydenov bildirir. Öz fikirlərini bölüşən alyans katibi kəskin demoqrafik problemlər üçün əsas məsuliyyəti keçid dövrünün bir çox illəri ərzində ölkəni idarə edənlərdə görür: «İqtidarda olanlar tərəfindən kapitalın yığılması uğrunda mübarizə bir çox bolqarların əxlaq sistem və dəyərlərini dəyişib. Bolqarıstanda uşaqların yarıdan çoxu nikahdan kənar doğulmuş uşaqlardır ki, bu da öz nəticələrini göstərməkdədir”. Bunları Naydenov əminliklə bildirir: “Ölkədəki əksər qadınlar bir uşaqla kifayətlənib, özlərini tənha ana kimi təqdim edirlər. Bu vəziyyət isə uşağa qayğı göstərmək üçün tənha analara yüksək müavinətlər verilməsi ilə əlaqədardır. Belə görünür ki, yaratdığımız “ro-ro” və ya “romalia-valideynlər” peşəsi ilə özümüzə quyu qazmalı oluruq və təəccüblüsü budur ki, dövlət buna təkan verir. Mərkəzi Kəşfiyyat İdarəsinin “2015-ci il üçün qlobal tendensiyası” adlı xüsusi hesabatında Bolqarıstanı ən sürətlə yaşlanma, kasıb və ən çox mühacirət edən ölkə kimi göstərib. Gəlin, hisslərə qapılmadan etiraf edək: bu gün ölkədə heç bir müharibə olmadan, belə biz fəlakətli dərəcədə sürətlə azalmaqdayıq. Hər il təqribən 60 min insan itiririk. 1988-ci ildə ölkə əhalisinin artımı 2,1% təşkil etmişdisə, bu gün biz mində 5,5% mənfi göstərici ilə üzləşmişik. Milli Statistika İnstitutunun məlumatına görə, bolqarların ümumi sayı 7 milyon 280 min nəfər, Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamasına görə isə 6 milyon 900 min nəfər göstərilib. Əlbəttə, göstərilən fərq böyük əhəmiyyət kəsb edir: bu şok fakt bolqarları çox ağrılı millət kimi proqnozlaşdırmağa imkan verir. Biz, yaxşı maliyyələşdirilməyən keyfiyyətli səhiyyənin olmamasından əziyyət çəkirik. Bunun üçün Bölqarıstana ÜDM-in yalnız 4,3 faizi ayrılıb, amma başqa Avropa Birliyi üzvü olan ölkələrdə bu məbləğ - daha iki yarım dəfə çoxdur.
Son dövrlər yerli KİV-lərdə Bolqarıstanı sevən makedoniyalılar, ruslar, ərəblər və asiyalılar barədə yazılar daha çox yer almağa başlayıb. Naydenovun təbirincə, onlar Bolqarıstanı özlərinin “ikinci ev”i hesab edirlər. 2009-cu ildə ölkəyə gəlmiş xaricilərin yarıdan çoxunun niyyəti həmişəlik Bolqarıstanda qalmaqdır. Ən maraqlısı isə budur ki, onların əksəriyyəti Asiya və ərəb ölkələrindən, Rusiya və keçmiş sovet respublikalarından gələnlərdir. Onları ən çox ucuz əmlak qiymətləri, ucuz mal və xidmətlərlə yanaşı, ölkə təbiətinin cazibəsi cəlb edir.
Bolqarıstanın Qara dəniz sahillərində əmlak alan rusları burada "yeni bolqarlar" adlandırırlar. Onlar bu adla qürur duyduqların bəyan etməklə yanaşı, ilk fürsətdən daimi yaşayış üçün bu ölkəyə gələcəklərini bildirirlər. Ölkədəki rieltorların hesablamasına görə, onların sayı 200 minlə 300 min arasında dəyişir. Rusları burada əsasən, mülayim iqlim və bolqarlara yaxınlığı cəlb edir. Başqa mühacirlərdən fərqli olaraq, qonşu Makedoniya vətəndaşları Bolqarıstan vətəndaşlığı almağa dah tez nail olmağı bacarırlar. Onların əksəriyyəti iqtisadi çətinliklərə görə bu ölkəyə üz tuturlar. 2011-ci ilin payızındakı hesablamalara görə, onların sayı 7 mini keçir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info