Pakistan millət vəkilləri Azərbaycan səfirliyini ziyarət ediblər
Tarix: 19.09.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Pakistan İslam Respublikası Milli Assambleyasının deputatları - Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycanın Pakistandakı səfirliyini ziyarət ediblər. Səfirlikdən verilən xəbərə görə, səfir Daşqın Şikarov Milli Assambleyanın üzvlərinin Azərbaycan səfirliyini ziyarət etməsini yüksək qiymətləndirərək, qardaş ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. O, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə, Ermənistanı işğalçı siyasəti ilə əlaqədar dövlət kimi tanımadıqlarına görə qarşı tərəfə minnətdarlığını bildirib.
D. Şikarov son vaxtlar Ermənistan ordusu tərəfindən tez-tez atəşkəsin pozulduğunu, erməni diversiya qruplarının Azərbaycan kəndlərinə hücum edərək azyaşlı insanları girov götürdüklərini, iri çaplı silahlardan Azərbaycan kəndlərini atəşə tutduqlarını və dinc əhaliyə qarşı soyqırım siyasətini davam etdirdiklərini söyləyib.
Pakistan-Azərbaycan dostluq qrupunun əlaqələndiricisi Şaza Fatimə Xuvaca, ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışaraq Pakistanın daim Azərbaycanın yanında olduğunu, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini və Ermənistanın Azərbaycana təcavüzünü qəti şəkildə pislədiklərini bəyan edib. O, Azərbaycan parlamentindəki Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupu ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyindən bəhs edərək gənclər, uşaq, qadın problemlərinin həllində, iqtisadi əlaqələrin inkişafında birgə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Ş. F. Xuvaca, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən humanitar layihələrə diqqət çəkərək bunun ikitərəfli münasibətlərə müsbət dinamika verən amillərdən olduğunu bildirib.
Çıxış edən digər deputatlar Rəşid Kudeyl, Mirzə Həmid Quccar, Malik Məhəmməd Üzeyir son zamanlar Ermənistan ordusu tərəfindən Azərbaycan kəndlərinə olan hücumları qəti şəkildə pisləyiblər və Azərbaycan əraziləri işğaldan azad olunana kimi Ermənistanla hər hansı münasibətin qurulmayacağını vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info